Ruandada ildırım vurması nəticəsində azı 16 nəfər ölüb
Ruandada ildırım vurması nəticəsində azı 16 nəfər ölüb, onlarla insan xəsarət alıb. dogruxeber.tv-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, insident Nyaruqu yaşayış məntəqəsindəki kilsədə baş verib.
Məlumata görə, xəsarət almış 140 nəfər xəstəxanaya yerləşdiriliblər.