Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?

ABŞ-nin "OpenAI" şirkəti tərəfindən yaradılan "ChatGPT"nin "Hugging Face" startapının sisteminə müdaxilə etməsi bütün texnologiya sənayesi üçün ciddi xəbərdarlıqdır.

DogruXeber.tv xəbər verir ki, bu barədə "Financial Times" nəşrinə "Microsoft"un süni intellekt bölməsinin rəhbəri və "Google DeepMind"ın həmtəsisçisi Mustafa Süleyman bildirib.

M.Süleymanın sözlərinə görə, bu texnologiyalar son dərəcə güclü alətlərdir və onlarla işləyərkən maksimum ehtiyatlı olmaq lazımdır:

"Detallara xüsusi diqqət yetirmək vacibdir. Sİ modellərinin davamlı olaraq inkişaf etdiyini nəzərə alsaq, baş verən bu insident özünəməxsus bir xəbərdarlıq siqnalı sayılmalıdır".

Bununla yanaşı, "Microsoft"un təhlükəsizlik üzrə rəhbəri Hayet Qallot vurğulayıb ki, şirkətin süni intellekt tərəfindən həyata keçirilə biləcək kiberhücumlara qarşı müdafiə sistemlərinin yaradılmasına sərmayə qoymaqdan başqa alternativi yoxdur.

Xatırladaq ki, iyulun 16-da Sİ modelləri tərtibatçıları üçün məlumat mübadiləsi platforması olan "Hugging Face" sistemlərinə qanunsuz girişin qeydə alındığını bəyan etmişdi. Şirkət bu hadisəni unikal adlandırıb, çünki kiberhücum tamamilə süni intellekt agenti tərəfindən icra olunub. İyulun 22-də isə "OpenAI" sözügedən müdaxilənin məhz onların Sİ modeli tərəfindən həyata keçirildiyini təsdiqləyib. Test prosesi zamanı model qapalı daxili sistemdən qlobal şəbəkəyə sıza bilib və "Hugging Face"in bazasında sınaq tapşırıqlarının cavablarını axtarmağa başlayıb. //İlhamə Əliyeva

Son xəbərlər

FÖVQƏLADƏ VƏZİYYƏT elan olundu - Bu ölkədə

Neft yenidən bahalaşdı

Sabiq deputat, YAP İdarə Heyətinin üzvü işsiz qalıb - İLGİNC

Yaponiyada güclü zəlzələ 13 can aldı

Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Azərbaycanda güllələnmə: Bir nəfər öldü

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Bütün xəbərlər