Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Tehranın Bakıya qarşı gözlənilmədən bu addımı atması bir daha bu mühüm sualı gündəmə gətirir: İranın şimal qonşusu ilə bağlı xarici siyasəti hansı beyin mərkəzindən idarə olunur?

DogruXeber.tv xəbər verir ki, bu sözləri açıqlamasında güneyli fəal, siyasi müşahidəçi Əlirza Zamani deyib.

Onun sözlərinə görə, İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) tərəfindən Azərbaycanın dövlət televiziyasının (AzTV) "düşmən media" siyahısına salınması İranın hakimiyyət strukturundakı iki fərqli baxışın qarşıdurmasını göstərir:

“Həqiqət budur ki, İranın qərarverici strukturunda qonşu ölkələrlə münasibətlərə yalnız təhdid, güc və geosiyasi qırmızı xətlər prizmasından baxan bir qrup var. Bu qrup üçün Cənubi Qafqaz bir tranzit imkanı deyil, hər an partlaya biləcək kəşfiyyat minası sahəsidir.

Onlar AzTV-nin İrandakı azərbaycanlıların milli məsələləri ilə bağlı proqramlarını birbaşa milli təhlükəsizliyə təhdid kimi qiymətləndirirlər. Rəsmi dövlət mediasını qara siyahıya salmaq kimi kəskin qərarlar məhz bu dairələrdə hazırlanır. Bu cür addımlar bəlkə qısa müddətdə qarşı tərəfə mesaj vermək məqsədi daşıyır, lakin uzunmüddətli perspektivdə ölkənin milli maraqlarına ağır zərbə vurur”.
Ə.Zamani hesab edir ki, bu qruplaşmaya əks tərəfdə hökumətin diplomatik və iqtisadi korpusu dayanır:

“Onlar ölkənin strateji maraqlarını və siyasi mövcudluğunu tranzit yolların açılmasında və sərhədlərdə sabitliyin qorunmasında görürlər. Bu qrup üçün "Şimal-Cənub" dəhlizi vasitəsilə hər il milyonlarla ton yükün daşınması, Araz çayı üzərindəki müştərək su bəndləri layihələri və Bakı ilə rabitə kanallarının açıq saxlanılması kəşfiyyat qurumlarının emosional qərarlarına qurban verilməməli olan həyati prioritetlərdir. Bu iki paralel yanaşmanın toqquşması Tehran-Bakı münasibətlərini çətin dövrəyə salıb.

Nə vaxt diplomatik korpus böyük səylərlə səfirliklərin fəaliyyətini bərpa edir və sərhəd layihələrini hərəkətə gətirirsə, Tehrandakı təhlükəsizlik yönümlü qurumların qəfil bir qərarı (AzTV-nin qara siyahıya salınması kimi) diplomatiyanın uğurlarını yenidən sıfırlayır.

Tehranda qonşu ölkələrlə bağlı vahid strateji mövqe formalaşmayana və təhlükəsizlik orqanlarının kölgəsi iqtisadi və tranzit layihələrin üzərindən çəkilməyənə qədər Bakı ilə münasibətlər “gərginlik, müvəqqəti yumşalma və yenidən gərginlik” dairəsində qalacaq. Bu gün İranın milli maraqları ölkəni daha da təcrid edən təhlükəsizlik yanaşmalarına deyil, diplomatik rasionallığa və iqtisadi inteqrasiyaya daha çox ehtiyac duyur”.

Son xəbərlər

Neft yenidən bahalaşdı

Sabiq deputat, YAP İdarə Heyətinin üzvü işsiz qalıb - İLGİNC

Yaponiyada güclü zəlzələ 13 can aldı

Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Azərbaycanda güllələnmə: Bir nəfər öldü

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bütün xəbərlər