Şamxanini İrəvandan sonra Bakıya gətirən NƏDİR? - GƏLİŞMƏ

dogruxeber.tv: - Əli Şamxani İranda çox vacib qərarların verildiyi Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi və ölkənin ali rəhbərinin xüsusi nümayəndəsidir. Şamxaninin səfərinin əsas məqsədi İranın Cənubi Qafqaz, ələlxüsus Azərbaycan və Ermənistanla bağlı siyasətini müəyyən etmək, müxtəlif problemli məsələləri aydınlaşdırmaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib. Politoloq İranın özü üçün müəyyən məqamları aydınlaşdırmaq istədiyini qeyd edib:

“İlk növbədə Bakı və İrəvan arasında yeni bir proses başlayıb və İran sözügedən mərhələnin sülh yolu ilə davamında maraqlıdır. İkincisi isə beynəlxalq aləmdə baş verən hadisələr İranı da özünün ənənəvi siyasətində dəyişikliklər etməyə yönəldir. “Şərq-Qərb” və “Şimal-Cənub” xəttində nəqliyyat və logistika, eyni zamanda təhlükəsizlik baxımından vacib məsələlərin müzakirəsinə ehtiyac var. Praktika göstərir ki, Ukrayna kimi böyük ərazi və əhaliyə sahib olan ölkələrdə də müharibənin baş verməsi mümkündür. İranın da ərazisi çox böyükdür və əhalisi 83 milyon nəfərdən artıqdır. Ona görə də rəsmi Tehran hazırki məqamda birinci növbədə öz qonşularının geosiyasi istiqamət və məqsədlərini yenidən müəyyənləşdirmək və öz qırmızı xəttini göstərmək üçün aktiv xarici siyasət aparır”.

Qeyd edək ki, İranın Ali rəhbəri Əli Xameneinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani 7 iyulda Ermənistana səfər edib. Şamxani 15 iyulda Azərbaycan Milli Təhlükəsizlik Şurasının katbi Ramil Usubovun dəvəti ilə ölkəmizə səfər edəcək.

Oxunub: 474

Son xəbərlər

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

Bütün xəbərlər