İrəvanın iştirak etmək istədiyi bütün regional layihələr Bakının əlindədir - GƏLİŞMƏ

dogruxeber.tv: - İran, Azərbaycan və Gürcüstan Fars körfəzi-Qara dəniz marşrutu üzərində razılaşma əldə edib. Bununla Azərbaycan Fars körfəzi ilə Qara dəniz arasındakı daşımalarda əsas tranzit ölkəsinə çevriləcək. Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsinin Qərb marşrutunun genişləndirilmiş forması olan bu layihənin icrası üçün vaxtilə Tehrandan Bakıya təkliflər edilirdi. Lakin İranın Türkiyə marşrutuna alternativin yaradılması planı Azərbaycanın tərəddüdlərinə səbəb olurdu. İndi situasiya dəyişib. İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin əsas təşəbbüskarı olduğu “3+3” formatı İranı da öz daxilində görür. Ankaranın özü də Hind okeanına çıxış üçün bu dəhlizdən istifadə edə bilər.

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, İran bu dəhlizlə Avropa bazarına çıxış imkanını şaxələndirməyi düşünür. Hərçənd, razılaşmanın hər üç tərəfi sanksiyaların dəhlizin potensial daşımalarına problem yarada biləcəyi perspektivini də anlayırlar. Bu baxımdan, Tehranın bu dəhliz üzərindən əldə etmək istədiyi iki qazanc var:
“Birincisi, İran Cənubi Qafqazda oyundan kənarda qalmayacaq. İkincisi isə “bir kəmər, bir yol” layihəsinin İran üzərindən keçən Cənub dəhlizinin potensialı artacaq.

Gürcüstan da anlayır ki, İrana qarşı sanksiyalar dəhliz üzərindən Avropa bazarına çıxışın perspektivini azaldır. Lakin Tbilisinin bu layihədə qazancı Şərqə doğru ticarət yollarını genişləndirməkdir. Razılaşmada əsas qazanan tərəf isə şübhəsiz, Azərbaycandır.

Artıq “Bir kəmər, bir yol” layihəsində Cənub dəhlizinin Azərbaycan üzərindən keçən Orta dəhlizə birləşdirilməsi siyasi və lojistik olaraq həll olunur.

Bakı Avrasiyanın nəqliyyat şəbəkələrində payını daha da artırır. Ən əsası isə İran Fars körfəzi-Qara dəniz marşrutunu Ermənistan üzərindən keçirməklə Zəngəzur dəhlizinə alternativ yaratma planından imtina etməyə məcbur qalır. Bu,Tehranın “3+3” formatına doğru gəlməsini daha da yaxınlaşdırır.

Daha mühüm isə odur ki, Ermənistanın yeganə alternativi də əlindən alınmış olur. İrəvanın iştirak etmək istədiyi bütün regional layihələr Bakının əlindədir”.//dia.az

Oxunub: 520

Son xəbərlər

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

Bütün xəbərlər