“Altılıq” platformasına əsas əngəl - Ermənistan, yoxsa Gürcüstan?

dogruxeber.tv: - Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi reallıqlar yaranıb. Bu reallıqlar bölgə və bölgəyə bağlı dövlətlərin siyasi-iqtisadi əməkdaşlığını zəruri edir. Bu zərurəti nəzərə alan Azərbaycan və Türkiyə yeni regional əməkdaşlıq formatının yaradılmasını təklif edirlər.

Söhbət Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Gürcüstan və İrandan ibarət altılıq formatından gedir. Türkiyə və Azərbaycan hələ Vətən müharibəsi yeni başa çatdığı dövrdə - ötən ilin payızında “altılıq” formatında əməkdaşlıq münasibətlərinin qurulmasını təklif etmişdi. Lakin Gürcüstan Rusiya ilə arasındakı gərginliyi əsas gətirməklə təklifə soyuq yanaşmışdı. Rəsmi Tiflisin bu yanaşmasının həm də Azərbaycanla Ermənistan, Türkiyə ilə Ermənistan arasında kommunikasiyaların açılması perspektivi ilə bağlı olduğu güman edilir. Belə ki, Azərbaycan Ermənistan üzərindən Türkiyəyə yol əldə edərsə, bunun Gürcüstan üzərindən yükdaşımalara zərər vuracağı proqnozlaşdırılır.

Bu günlərdə yeni əməkdaşlıq formatı barədə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışında danışıb. Bildirib ki, Vətən Müharibəsindən sonra Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistan arasında ittifaq yaranmasına çalışırlar.

Türkiyə və Azərbaycanın təşəbbüskarı oluqları altılıq formatının reallaşması mümkündürmü? Gürcüstan format çərçivəsində Rusiya ilə əməkdaşlığa razılaşa bilərmi? Altılıq formatı region üçün nə deməkdir: hansı iqtisadi və siyasi faydaları ola bilər?

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı-alim Vüqar Bayramov bildirir ki, altılıq platforması region üçün strateji əhəmiyyət daşıyır: “Prezident Ərdoğan Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan platforması yaradılmasının regional vacibliyini vurğuladı. Regionda əməkdaşlıq bölgədə uzun müddətli sülhün formalaşması baxımından da vacibdir. Kommunikasiyaların bərpası və əməkdaşlığın formalaşması üçün əsas layihələrdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Dəhliz Türk dünyasının birləşdirilməsi və regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühüm olduğunu vurğulayıb”.

Millət vəkili deyir ki, regionun kifayət qədər iqtisadi potensialı var: “Bu da regional dəhlizlərin əhəmiyyətini artırır. Daha geniş anlamda region ölkələrindən Türkiyə və Rusiya ”Böyük İyirmilliy"ə üzv olan ölkələrdir. İran regionun aparıcı ölkələrindən hesab olunur. Cənubi Qafqazın isə dayanıqlı sülh kontekstində inkişaf prespektivləri yüksək qiymətləndirilir. Söhbət 3 trilyon dollarlıq Ümumi Daxili Məhsulu olan region ölkələrinin bərpa olunacaq kommunikasiyalardan və xüsusən də Zəngəzur dəhlizindən istifadəsindən gedir. Rusiya 1.7 trilyon, Türkiyə 761.4 milyard, İran 454 milyard, Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-ə malikdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Zəfərdən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün isə dəhlizlərin bərpası qaçılmazdır".

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Gürcüstanın “altılıq platforması”na soyuq yanaşması təkcə Rusiya ilə münasibətlərdən yox, həm də ABŞ-ın bu platformaya yanaşmasından qaynaqlanır: “Bu platforma Çinin ”Bir kəmər, bir yol" layihəsinin üç quru dəhlizinin Cənubi Qafqazda hab olaraq birləşməsi ideyasıdır. Çinin qarşısını bu bölgədə almaq istəyən ABŞ-ın platformanın reallaşmaması üçün üç ölkə üzərindən hərəkət etdiyi görünür. Birincisi, Ermənistandır. Baydenin qondarma “erməni soyqırımı”nı tanıması Ankara ilə İrəvanın münasibətlərinin normallaşması perspektivinə qarşı atılmış addım idi. Sərhəddə gərginliyin yaranmasından sonra Paşinyanın irəli sürdüyü “beynəlxalq müşahidəçi” təklifi də ABŞ-ın bölgəyə gəlməsinə hesablanmışdı. Paşinyan hakimiyyəti seçkidə qalib gələcəyi təqdirdə, sonrakı dövrdə buna maneələr yaratmağa cəhd edə bilər, lakin Ermənistanın imkanları zəifdir, bu baxımdan, platformaya gəlməyə məcbur olacaq. İkincisi, İran, daha doğrusu, bu ölkənin islahatçı hakimiyyəti idi. İranda islahatçılar ABŞ-da demokratlarla işləyir, Trampın dövründə nüvə anlaşması məsələsi arxa plana keçsə də, Baydenin gəlişi ilə yenidən aktuallaşdı. İranda bu gün keçirilən seçkilərdə mühafizəkarlar qalib gələrsə, bunun olacağı ehtimalı böyükdür, Tehranın bu platformada yer alması prosesi güclənəcək. Üçüncüsü, Gürcüstandır. Digər iki ölkə ilə müqayisədə Gürcüstanın “altılıq platforması”na qoşulması perspektivi daha çətindir. Bu ölkənin Rusiya ilə düşmən münasibətləri var, ABŞ-ın bu ölkəyə təsiri də güclüdür, Vaşinqtonun dəstəklədiyi Cənub Qaz Dəhlizi layihəsinin keçdiyi marşrutdur. Yəni Vaşinqtonun “altılıq platforması”na Gürcüstan üzərindən təsir etmək imkanları böyükdür. Bu baxımdan, “altılıq platforması”nın reallaşması prosesi çətinliklərlə müşahidə olunacaq, amma gec olsa belə, reallaşacağını düşünürəm".

A.Nərimanlıya görə, format təkcə regional deyil, qlobal layihənin bir hissəsidir: “Altılıq platforması"nın reallaşması perspektivini gücləndirəcək bir neçə hal mümkündür. Birincisi, Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhlizin Gürcüstan marşrutuna alternativ yaratması rəsmi Tiflisin təklif olunan platformaya münasibətini dəyişdirə bilər. ABŞ-ın Avropa üzərində təsir imkanlarının zəifləyəcəyi gözləniləndir. Bayden G7 zirvəsi, NATO sammiti ilə Qərb blokunu yenidən topalamaq istiqamətində addımlar atsa da, artıq müttəfiqlik münasibətləri əvvəlki kimi deyil, xüsusilə Fransa və Almaniya da Tramp dövründə zəifləyən Vaşinqtonun təsirlərinin artmasında maraqlı deyil. Digər tərəfdən, Britaniyanın aktiv siyasətə qayıtmaq addımları müşahidə olunur. Köhnə Qitədə güc balansının dəyişməsi ABŞ-ın Avropanın enerji təhlükəsizliyində rol oynayan Cənub Qaz Dəhlizi layihəsində, eləcə də bu layihənin keçdiyi Gürcüstan marşrutunda da təsirini zəiflədə bilər. Fikrimcə, Türkiyə, Azərbaycan və Rusiya platformada Ermənistanla İranın iştirakının təmin etməyə çalışacaq. Bu baş tutacaqsa, Gürcüstan üçün də seçim imkanları daralır".//dia.az

Son xəbərlər

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Bütün xəbərlər