Bakı İranın krim-tranzitini məhv etdi - FAKT BUDUR!

dogruxeber.tv: - İranın xarici işlər nazirinin Moskvaya səfəri çoxşaxəli idi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran-Azərbaycan münasibətlərinin pisləşməsindən narahatlığını ifadə etsə də, əsas müzakirə rəsmi Moskva ilə Tehran arasında iqtisadi əməkdaşlıq oldu. Azərbaycana aid mövzu isə 2016-cı ilin avqustunda Bakıda Azərbaycan, Rusiya və İran liderlərinin görüşü zamanı start verilən "Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində nəzərdən keçirildi.

Bu sözləri Axar.az-a Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.

"Nəqliyyat kommunikasiyalarının açılması və inkişafı mövzusu Cənubi Qafqazda kifayət qədər çətin başa gəlir. Bu nəqliyyat-kommunikasiya prosesinin açılması, ilk növbədə, İran və Ermənistanın kriminal iqtisadi maraqlarına ziyan vurur. Aydındır ki, İran və Ermənistana kriminal, yəni qara pulların gəlişini tormozlayan Bakı hədəfə çevriləcəkdi.

Rəsmi Bakı öz ərazisini işğaldan azad edərək, illərdir öz axarı ilə gedən kriminal tranziti məhv etdi. Azərbaycan regionda "ağ iqtisadiyyat”ın institut və infrastrukturunu formalaşdırmağa başladı.

Gördüyünüz kimi, burada dini amil rol oynamır. Əsas iqtisadi sahədir, onun təməli isə nəqliyyat kommunikasiyalarından asılıdır. Onların açıqlanması maliyyə axınlarının dəyişməsinə gətirib çıxardı. Məhz Ermənistan və İran bu axınların indi Azərbaycan və Türkiyəyə istiqamətlənəcəyindən ciddi şəkildə ehtiyatlanır.
Rəsmi Moskva İranın xarici işlər naziri ilə görüşündə bu məsələni həll etməyə çalışırdı. Bəs İran tərəfi nəyi həll etmək istəyirdi? Güman edirəm ki, rəsmi Tehran da taliblərin hakimiyyətə gəlməsi, Azərbaycan və Türkiyənin regiondakı mövqelərinin möhkəmlənməsi, Çinin dünyada liderlik mövqeyinin güclənməsi və digər amillərlə əlaqədar Yaxın Şərq və Mərkəzi Asiyada iqtisadi modelin necə formalaşacağını anlamağa çalışır", - Perenciyev bildirib.

Son xəbərlər

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Neftimiz neçəyə satılır?

Kanada ilə ABŞ arasında 4,5 milyard dollarlıq körpü istifadəyə verildi

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bütün xəbərlər