İran cürət edib Araz çayını BELƏ KEÇİRSƏ... - “Güney Azərbaycan ayağa qalxar”

Ermənistanın Qafan şəhərində İran Baş konsulluğunun açılış mərasimi keçirilib.

dogruxeber.tv: - Açılış mərasimi iki ölkənin xarici işlər nazirləri Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahian iştirakı edib. Açılışa İranın Qafan konsulu təyin olunmuş Morteza Abedin Vəramin və səfir Abbas Bədəxşan Zohuri də qatılıb. Hüseyn Əmir Abdullahian bəyan edib ki, Ermənistanın təhlükəsizlyi İranın təhlükəsizliyidir. Bununla da İranın xarici işlər naziri diplomatik tərzdə rəsdmi Tehranın Ermənistanı dəstəklədiyinə dair Azərbaycana sərt mesaj ünvanlayıb.

Murtaza Abedin Varami erməni saytı "NEWS.am"-a müsahibəsində deyib: "Mən Qafanlılara məsləhət görərəm ki, narahat olmasınlar, biz erməni xalqı üçün buradayıq. Mən erməniləri İranın erməni vətəndaşları kimi təsəvvür edirəm. Çox mədəni və mehriban insanlardır. Sizin ölkənizin də, Qafanın insanları da belədir".

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, İranın Zəngəzurda konsulluq açmasını İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallıqlara müqaviməti kimi qiymətləndirilməlidir. Bununla da İran bölgədə prosesləri qəbul etmədiyini və Azərbaycan-Türkiyə müttəfiqlik konfiqurasiyasına qarşı olduğunu nümayiş etdirir:

"44 günlük Vətən Müharibəsindən dərhal sonra Azərbaycan "3+3" əməkdaşlıq platformasını təklif etmişdi və İran da bu formatda yer alırdı. Ona görə də İran siyasi inteqrasiya proseslərinə qoşulmalıdır. Zəngəzur dəhlizi də həmin planın tərkib hissəsi idi. Ancaq bunun əksinə olaraq, İran Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirməyə və Türkiyəni bu regiondan sıxışdırmağa çalışır. Amma İranın Qafanda baş konsulluq açması ümumiyyətlə, ABŞ-ın Ermənistandakı maraqlarını təhdid edir. Çünki İran bununla Ermənistana siyasi nəzarət etməyə çalışır. Bu, yalnız Azərbaycana qarşı yönəlməyib. İran rejimi Rusiyanın mövqelərinin zəifləməsi fonunda Ermənistan üzərində təsirini artırmaq istəyir. Yəni İran Ermənistanı siyasi buxova salmağa cəhd edir.

Bu plan guya Ermənistanı Azərbaycandan qorumaq adı altında həyata keçirilir. İran diplomatlarının açıqlamaların məqsədi də rəsmi Tehranın Ermənistanı öz orbitinə çəkmək və ona siyasi təzyiqlər etməkdən ibarətdir. Azərbaycan İranın təhdidlərinə ciddi yanaşmır. Çünki İranın Azərbaycana qarşı təsir vasitələri yoxdur. İran cürət edib Araz çayını belə keçə bilməz. Bu zaman Güney Azərbaycan ayağa qalxar. Qafqanda konsulluğun açılması Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Buna baxmayaraq, Ermənistan 2020-ci il 10 noyabr Bəyanatında imzaladığı razılaşmalara əməl etməli və Zəngəzur dəhlizini açmalıdır”.

Ekspert bildirib ki, Ermənistanın imzası olduğu təqdirdə İranın dəyişikliklərin əleyhinə olduğunu bəyan etməsi destruktiv addımdır:

“İran regionda geosiyasi vəziyyəti öz təsiri altında saxlamağa çalışdığını göstərir. Hesab edirəm ki, Azərbaycan və Türkiyə İrana öz yerini göstərəcək. Tehranın siyasəti heç bir effekt verməyəcək. Azərbaycan və Türkiyə bölgədə formalaşdırdığı geosiyasi və geoiqtisadi fəaliyyətini davam etdirəcək. İranın taktiki gedişləri isə qələbə ilə nəticələnməyəcək. Nəticədə, İran yeni reallıqlarla barışmalı olacaq. Xarici işlər naziri Abdullahianın Ermənistanın təhlükəsizliyi ilə İranın təhlükəsizliyini eyniləşdirməsi onun isteriyada olduğunu göstərir. İran güclü Azərbaycan görmək istəmədyinə görə bu təxribatlara əl atır. Fikrimcə, İranın Ermənistanda fəallaşması və Qafanda konsulluq açması ilk növbədə, Qərbi narahat etməlidir. Çünki Qərb Rusiyanı Ermənistandan çıxartmağa çalışır. İran isə Ermənistanda Rusiyanın yerini tutmaq istəyir. Ona görə də Qərb Ermənistanı cəzalandırmalı və İranla məsafə saxlamağı tələb etməlidir".

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər