POLİS TƏRƏFİNDƏN MAARİFLƏNDİRİCİ TƏDBİRLƏR DAVAM ETDİRİLİR














DİN Mətbuat Xidmətinin Quba regional qrupundan dogruxeber.tv-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin və Veteranlar şurasının təşkilatçılığı ilə rayonun Dəvəçi kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri açan məktəbin direktoru keçirilən tədbir və təşkilatçılığa görə RPŞ-nin rəhbərliyinə öz təşəkkürü bildirərək, sözü RPŞ-nin rəis müavini Laçın Hacıyevə verib.
Öz çıxışında polis polkovnik-leytenantı ölkədə narkomaniyaya qarşı görülən tədbirlərdən söz açaraq, daxili işlər orqanları əməkdaşları tərəfindən ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən tədbirlərdən bəhs edib. Yuxarı sinif şagirdlərini məzun olmaları münasibətilə təbrik edən rəis müavini, onların müstəqil həyata atıldıqları və bu həyat yolunda diqqətli olmalarını məsləhət görüb. Pis vərdişlərdən uzaq durmalı, ətraflarında “ağ ölümə” düçar olan şəxslərin yalan vədlərinə inanaraq gözəl gələcəklərini məhv etməməlini bildirib.
Sonra çıxış edən Şabran RPŞ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov narkomaniyaya düçar olmuş şəxslərin bu bəladan qurtula bilmədiklərini, narkotik vasitələrin təsiri altında olanların bir çox cinayətləri törətdiklərini bildirib. Erkən nigaha daxilolma mövzusuna da toxunan V.Sadıqov yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə onların fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.
Daha sonra çıxış edən polis əməkdaşları keçirilən belə tədbirlərin gənclərin həyatında böyük rol oynadığını, onların gələcəkdə narkotacirlərin tələsinə düşməməsində və bir fərd kimi yetişmələrində düzgün yol göstərdiyini bildirib. Sonu olmayan, insanı günü-gündən daha da alçaldan vərdişdən uzaq durmağı məsləhət görüblər.

Nizam Həmidov
polis leytenantı

POLİS TƏRƏFİNDƏN MAARİFLƏNDİRİCİ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
POLİS TƏRƏFİNDƏN MAARİFLƏNDİRİCİ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Son xəbərlər

Neft yenidən bahalaşdı

Sabiq deputat, YAP İdarə Heyətinin üzvü işsiz qalıb - İLGİNC

Yaponiyada güclü zəlzələ 13 can aldı

Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Azərbaycanda güllələnmə: Bir nəfər öldü

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bütün xəbərlər