YOL POLİSİ QUBADA TƏDBİR KEÇİRİB














Baş Dövlət Yol Polisi İdarəsinin və Quba Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşlarının iştirakı ilə rayonun Nügədi 1 kəndindəki Zəki Kərimov adına 1 saylı orta məktəbdə şagird, valideyn və müəllim heyətinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev məktəblilərə piyadanın vəzifələri, yol nişanları, eləcə də nizam-intizam qaydaları barədə geniş məlumat verib. O qeyd edib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınmasıdır. Ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması çox vacibdir. Cıxışının sonunda yol-nəqliyyat hadisələrinin azalmasında aparılan təbliğat işlərinin əhəmiyyətini vurğulayan polis mayoru məktəblilərə təhsillərində uğurlar arzulayıb.
Çıxış edən Quba RPŞ-nin DYP bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Saleh Eyyubov bildirdi ki, keçirilən bu cür görüşlər, aparılan maarifləndirmə işi yol hərəkətinin təhlükəsizliyinə öz müsbət təsirini göstərir. Qəzalarda həyatını itirənlərin və xəsarət alanların sayında getdikcə azalma müşahidə olunur. Lakin təəssüf ki, hələ də bir çox ciddi qayda pozuntuları aşkarlanmaqdadır. Bunların da qarşısının alınması istiqamətində lazımi tədbirlər görülür.
Təhsil şöbəsinin nümayəndələri və məktəbin pedaqoji heyəti keçirilən tədbirə görə öz minnətdarlıqlarını bildiriblər. Məktəblilər isə yol-hərəkəti qaydaları və vətənpərvərlik mövzularında bir sıra səhnəciklərlə çıxış ediblər.
Tədbirin sonundan məktəblilərə Baş İdarənin dəstəyi ilə nəşr edilmiş "Yol hərəkəti qaydaları əlifbası" kitabı hədiyyə olunub.
Nizam Həmidov
DİN Mətbuat Xidmətinin əməkdaşı
YOL POLİSİ QUBADA TƏDBİR KEÇİRİB
YOL POLİSİ QUBADA TƏDBİR KEÇİRİB
YOL POLİSİ QUBADA TƏDBİR KEÇİRİB

Oxunub: 1 620

Son xəbərlər

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Pirallahıda piyadanın vurulması ölümlə nəticələnib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Azərbaycan bank sektorunun uğurları və riskləri

Yağışlı Bakının tıxaclı yolları – SİYAHI

Məğlub oldu deyə rəqibinə şillə vurdu

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

Bütün xəbərlər