gundem / siyaset / dunya
9.11.2022
Putin G20 ölkələrinin sammitində iştirak edə bilər
dogruxeber.tv: - Rusiya prezidenti Vladimir Putinin G20 ölkələrinin sammitində və Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) təşkilatının sammitində iştirakı məsələsi Kremldə müzakirə olunur.
Bunu bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bununla bağlı qərar yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, G20 sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında, APEC iclası noyabrın 18-19-da Tailandın paytaxtı Banqkokda keçiriləcək. //Trend//


