gundem / idman
26.05.2022, 15:49
Ağır atletimiz Avropa çempionatında iştirak edəcək
28 may – 5 iyun tarixlərində Albaniyanın paytaxtı Tiranada qadınlar və kişilər arasında Avropa çempionatı keçiriləcək.
"dogruxeber.tv" xəbər verir ki, yarışda 39 ölkədən 326 atlet (161 qadın + 165 kişi) iştirak edəcək. Çempionata Azərbaycan təmsilçisi də qatılacaq. Dadaş Dadaşbəyli 102 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.



