gundem / idman
15.07.2021, 11:42
“Neftçi”nin “Olimpiakos”la Bakıdakı matçının vaxtı müəyyənləşdi
dogruxeber.tv: - “Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Olimpiakos”la cavab oyununun başlama saatı müəyyənləşib.
İyulun 28-i Bakıda keçiriləcək görüş saat 21:00-da başlayacaq.
Qeyd edək ki, sözügedən matç “Bakcell Arena”da oynanılacaq.
Xatırladaq ki, bu komandalar arasında Yunanıstanda iyulun 21-i keçiriləcək ilk qarşılaşmaya isə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.



