bolge
25.03.2018
Kürdəmirdə bir nəfər Kür çayında batıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu, Köhünlü kəndində 1 nəfərin Kür çayında batdığı ehtimal edilir.
dogruxeber.tv-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Axtarış işləri barədə əlavə məlumat veriləcək.


