hadise
5.03.2018
Bakıda mənzildən kişi meyiti tapıldı
![]()
Bakıda mənzildən 73 yaşlı kişi meyiti tapılıb.
dogruxeber.tv Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Bağırov Rafiq Yaqub oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
@dogruxeber.tv


