hadise
12.03.2018, 15:20
Cəlilabadda 9 yaşlı uşağın faciəvi sonu

Cəlilabad rayonunda 9 yaşlı uşaq göldə boğulub.
dogruxeber.tv report-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini, 2009-cu il təvəllüdlü Nicat Müşfiq oğlu Mənsimov balıq tutmaq istəyərkən ayağı sürüşüb və gölə düşüb.
Meyit sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.


