Texnologiya Universitetinin rektoru Yaşar Ömərov əməkdaşlara belə davaranır: Hamınızı pis günə qoyacam-Video

DogruXeber.tv: - Texnologiya Universitetinin rektoru Yaşar Ömərov son aylarda medianın və ictimaiyyətin diqqət mərkəzinə düşüb…
Elm və Təhsil naziri Emin Əmrullayevin yaxın çevrəsinə aid olduğu deyilən Yaşar Ömərovun fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar onun aqibətinin heç də yaxşı olmayacağından xəbər verir.

Məlumata görə, Yaşar Ömərovun fəaliyyəti zamanı yol verilmiş maliyyə pozuntuları aşkarlanaraq Gəncə Şəhər Prokurorluğuna göndərilib. Artıq bir neçə aydır ki, prokurorluq orqanlarında aparılan istintaq çərçivəsində korrupsiya faktlarının təsdiqini tapdığı bildirilir. Lakin bütün bunlara baxmayaraq, Texnologiya Universitetinin rektorunun davranışında hər hansı narahatlıq hiss olunmur.

İctimai rəyin formalaşmasında ciddi rezonans doğuran məqamlardan biri də Yaşar Ömərovun adı ilə bağlı yayılan audiosəs yazısı olub. Sözügedən səs yazısından rektorun işçilərə qarşı təhdidedici münasibəti, idarəçilik bacarığının zəifliyi və vəzifə səlahiyyətlərindən sui-istifadə halları açıq şəkildə hiss olunur.

Həmin dövrdə bu səs yazısına hüquqi qiymət verilsəydi, Yaşar Ömərovun bu gün rektor postunda olması mümkün olmazdı. Buna baxmayaraq, rektor sanki toxunulmazlıq qazanıb. İddialara görə, bunun əsas səbəbi onun Elm və Təhsil naziri Emin Əmrullayevə yaxınlığıdır. Məhz bu yaxınlıq Yaşar Ömərova universitet daxilində “at oynatmaq”, “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət etmək imkanı yaradıb.

Ölkə başçısı dəfələrlə çıxışlarında məmur özbaşınalığına, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı sərt mövqe nümayiş etdirib, vətəndaşları bu cür hallarla bağlı aidiyyəti qurumlara, Prezident Administrasiyasına müraciət etməyə çağırıb. Lakin ictimailəşmiş audiosəs yazısı və külli miqdarda maliyyə pozuntuları ilə gündəmə gəlmiş Texnologiya Universitetinin rektoru barədə nədənsə dövlət qurumlarının susqunluğu suallar doğurur.

Əslində, bu məsələlər barədə siqnal verməyə, məktub yazmağa belə ehtiyac yoxdur. Aidiyyəti dövlət orqanlarının Yaşar Ömərovun fəaliyyəti, maliyyə pozuntuları və səs yazısı haqqında məlumatlı olduğu hər kəsə bəllidir. Ancaq buna baxmayaraq, sanki heç nə baş verməyibmiş kimi davranılır.
Əgər Prezident tərəfindən təyin olunan vəzifəli şəxslər bir neçə il sonra maliyyə pozuntularına yol verirlərsə, bu, kadr siyasəti ilə bağlı ciddi suallar yaradır. Belə hallarda həmin şəxslərin əvvəlki fəaliyyətinin yetərincə araşdırılmadığı, hətta keçmişdə yol verdikləri qanun pozuntularına baxmayaraq yüksək vəzifələrə irəli çəkildikləri ehtimalı ortaya çıxır.

Bu proseslər bir daha göstərir ki, ölkədə həm ictimai, həm də dövlət nəzarəti mexanizmləri zəif işləyir. Təkcə ictimai nəzarət kifayət etmir, paralel olaraq ciddi və prinsipial dövlət nəzarəti də olmalıdır.

Nazirin dostu olduğu üçün rektor postuna gətirildiyi iddia edilən Yaşar Ömərova kim bu səlahiyyəti verib ki, işçiləri təhdid etsin, universitetdə maliyyə pozuntularına yol versin? Bu suallar hələ də cavabsız qalır. (Tehsil.media)

Son xəbərlər

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Türkiyə millisi məğlub oldu

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Bütün xəbərlər