Əhməd Əhmədzadənin milyonlarla tender verdiyi iş adamı narazıdır - 6 milyonluq cinayət işi

İş adamı Yaşar Allahverdiyev barəsində olan cinayət işi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verib.

"dogruxeber.tv" Qaynarinfo-ya istinadən xəbər verir ki, onun şikayətinə hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılacaq.

Yaşar Allahverdiyev Cinayət Məcəlləsinin 213.3-cü (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - külli miqdar) maddəsi ilə mühakimə olunub.

Bu maddədə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4 misli miqdarında cərimə və ya 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Yaşar Allahverdiyev barəsindəki hökmlə bağlı məlumat yoxdur.

Mediada yayılan məlumatlara görə, Yaşar Allahverdiyevin adı 6 milyonluq vergi borcu ilə bağlı qalmaqalda keçir. Bu işə görə bir nəfər mühakimə edilib. Həmin şəxs məhkəmədə qanuni təmsilçisi olduğu şirkətin Yaşar Allahverdiyev tərəfindən təsis edildiyini bildirib.

Məlumatlara görə, Yaşar Allahverdiyev çoxsaylı şirkətlərin təsisçisidir. Bu şirkətlər əsasən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçirdiyi iri məbləğli tenderlərin qalibi olub. Bu sırada "Ruzi" MMC-nin adı xüsusilə qeyd edilir. Şirkət "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-dən milyonlarla manat dəyərində sifarişlər alıb. Bu Əhməd Əhmədzadənin sözügedən ASC-yə rəhbərliyi dövrdə baş verib.

Əhməd Əhmədzadənin Yaşar Allahverdiyevə məxsus şirkətlərlə işbirliyinə üstünlük verməsi ikincinin onun yaxın adamı olması ilə bağlıdır. Mediada da bu barədə kiafyət qədər yazılıb və iddialar təkzib olunmayıb.

Ehtimal olunur ki, Yaşar Allahverdiyev yuxarıda bəhs etdiyimiz 6 milyonluq qalmaqala görə mühakimə edilib.

Yaşar Allahverdiyevin cinayət işində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi, 6 saylı Ərazi Vergilər İdarəsi, 4 saylı Ərazi Vergilər İdarəsi, 6 saylı Ərazi Vergilər Baş İdarəsi, 5 saylı Ərazi Vergilər İdarəsi və Lokal Gəlirlər Baş İdarəsi zərərçəkmiş qismində tanınıb.

Ayrı-ayqı vergi idarələrinin zərərçəkmiş qismində tanınması Yaşar Allahverdiyevə məxsus və həmin idarələrdə qeydiyyatda olan bir neçə şirkətin külli miqdarda vergi borcunun olduğunu deməyə əsas verir.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər