hadise
22.07.2020
Yaşar Türkazər vəfat edib

Müsavat Partiyasının Məclis üzvü Yaşar Türkazər vəfat edib.
dogruxeber.tv bildirir ki, bu barədə APA-ya Müsavat Partiyası Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.
G. Aslanlı bildirib ki, keçən ilin noyabrından Y. Türkazər səhhətində – ürək və ağciyərində problemlər yaranıb, son günlər isə ayağında şişmə müşahidə edilib. Son günlər isə Mərdəkanda xəstəxanada müalicə alıb və həkimlərin səyinə baxmayaraq, bu gün vəfat edib.


