Günlərdir Bakı sakinlərini boğan zəhərli qazı yayanlar açıqlandı – RƏSMİ









Bakının bir sıra rayonlarında günlərdir müşahidə olunan, insanların nəfəs almasını çətinləşdirən kəskin iyin mənşəyi aşkarlanıb. Məlum olub ki, onsuz da kifayət qədər çirkli olan paytaxt havasını zəhərli qazlarla çirkləndirənlər SOCAR-ın üç müəssisəsidir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir.

Xatırladaq ki, Bakı sakinləri günlərdir sosial şəbəkələrdə havadan gələn kəskin iydən şikayətlənir. Metronun “Neftçilər” stansiyasının yaxınlığında, “8-ci kilometr”də, “NZS” qəsəbəsində, Bakıxanov qəsəbəsində və digər yaxın ərazilərdə yaşayanlar hansısa zəhərli qazların havaya yayılması nəticəsində nəfəs almağın çətinləşdiyi barədə yazırdılar.

Məlumatda bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri 4-8 may 2018-ci il tarixində Bakının Xətai, Nizami, Səbayıl rayonlarında yaranan kəskin iy-qoxu ilə bağlı monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, analizlərin nəticələrinə görə atmosfer havasında müşahidə olunan kəskin iy-qoxunu yaradan səbəblər müəyyən edilib.

Havada karbohidrogen mənşəli qaz qarışıqları və hidrogen-sulfidin miqdarı müəyyən günlərdə normadan dəfələrlə artıq olub. Aparılan təhlillər zamanı kəskin iy-qoxu daha çox Neft Emalı zavodunun ərazisində, “Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi və Nef Emalı zavodunun bioloji təmizləyici qurğularının ətrafında müşahidə olunub. Havadan gələn kəskin iy-qoxunun əsas mənbəyi sözügedən zavod və “Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi qurğusunun olduğu müəyyən edilib.

Texnoloji prosesin pozulması və çirkab sularının təmizlənməsi normalarına riayət olunmadığına görə sözügedən müəssisələrə rəsmi xəbərdarlıq olunub. Hazırda qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülür və cərimə olunmaları üçün sənədləşmə işləri aparılır. Virtualaz.org

Günlərdir Bakı sakinlərini boğan zəhərli qazı yayanlar açıqlandı – RƏSMİ

Son xəbərlər

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bütün xəbərlər