Nəsimidə tikinti qadağası kağız üzərində qalır?

DogruXeber.tv: - Bakı şəhərində son illər nizamsız tikintilərin qarşısının alınması məqsədilə paytaxt üzrə bir sıra ərazilərdə tikintilərə məhdudiyyətlər tətbiq edilsə də, görünən odur ki, bu qadağalar bəzi rayonlarda formal xarakter daşıyır. Xüsusilə Nəsimi rayonu ərazisində aparılan tikintilər ictimaiyyətdə ciddi suallar doğurur.

Məsələ Ənvər Qasımzadə küçəsi 15 ünvanında aparılan tikinti ilə bağlıdır. Ərazidə yerləşdirilmiş rəsmi məlumat lövhəsində göstərilir ki, söhbət 1 mərtəbəli, zirzəmisi olan qeyri-yaşayış obyektinin tikintisindən gedir. Lövhəyə əsasən, tikintinin sifarişçisi “İNAM-V” MMC, layihəçisi “M-ARCH GROUP” MMC, podratçısı isə “BOLLUC” İstehlak Kooperatividir.

Diqqət çəkən əsas məqamlardan biri odur ki, məlumat lövhəsində tikintiyə icazənin 13 iyun 2025-ci il tarixində verildiyi, tikintinin isə 1 dekabr 2025-ci ildə başladığı qeyd olunub. Halbuki Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən paytaxt üzrə tikintilərlə bağlı tətbiq edilən məhdudiyyətlər fonunda bu icazənin hansı hüquqi əsaslarla qüvvədə saxlanılması suallar doğurur.

Məsələ təkcə icazə ilə də bitmir. Tikintinin aparıldığı ərazidə kütləvi ağacların məhv edilməsi ilə bağlı da yerli sakinlər narazılıq edirlər. Sakinlərin bildirdiyinə görə, tikinti işlərinə başlanmazdan əvvəl ərazidə mövcud olan bir sıra yaşıllıq zolaqları və ağaclar müxtəlif üsullarla sıradan çıxarılıb. Bu isə ekoloji tarazlığın pozulması ilə yanaşı, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ehtimalını gündəmə gətirir.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, yaşıllıqların məhv edilməsi yalnız aidiyyəti icra strukturlarının rəsmi razılığı və kompensasiya mexanizmləri əsasında mümkündür. Lakin sakinlər iddia edirlər ki, nə onlara əvvəlcədən məlumat verilib, nə də ərazidə ağacların köçürülməsi və ya bərpası ilə bağlı hər hansı lövhə və ya açıqlama təqdim olunub.
Ən çox müzakirə olunan məqamlardan biri isə Nəsimi rayonu ərazisində tikintilərə nəzarətin faktiki olaraq müəyyən şəxslərin “xeyir-duası” ilə həyata keçirildiyi barədə iddialardır. Məlumatlara görə, rayon ərazisində bir çox tikinti prosesləri Nəsimi rayon İcra Hakimiyyətində tikintilərə nəzarətə cavabdeh olan Zahid Xəlilovun razılığı olmadan mümkün deyil. Bu iddialar isə dövlət idarəçiliyində şəffaflıq prinsipinə ziddir.

Ortaya ciddi suallar çıxır:

? Əgər Bakı şəhər üzrə tikintiyə qadağa qüvvədədirsə, bu obyekt hansı əsasla inşa olunur?
? Rayon icra hakimiyyətinin müavini Bakı şəhər merinin rəsmi tapşırıqlarını hansı səlahiyyətlə nəzərə almır?
? Ağacların məhv edilməsi ilə bağlı müvafiq icazələr mövcuddurmu, yoxsa ekoloji qanunvericilik də pozulub?

Ekspertlərin fikrincə, əgər şəhər üzrə rəsmi tikinti məhdudiyyəti varsa, bu qadağa bütün rayon icra hakimiyyətləri üçün məcburidir. Eyni zamanda yaşıllıqların qanunsuz məhv edilməsi inzibati məsuliyyətlə yanaşı, müəyyən hallarda cinayət məsuliyyəti də yarada bilər.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə, Nəsimi rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi sorğular ünvanlanıb. Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.//Bakunews.az

Son xəbərlər

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bütün xəbərlər