Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO

Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlala Qurbanov küçəsi 146 ünvanında aparılan tikinti işləri yerli sakinlərin haqlı narahatlığına səbəb olub. Məlumata görə, sözügedən ərazidə heç bir rəsmi elan, layihə pasportu, tikintiyə dair məlumatlandırıcı lövhə olmadan inşaat işləri həyata keçirilir.

"dogruxeber.tv" xəbər verir ki, sakinləri narazı salan, gediş-gəlişi çətinləşdirən, boş əraziləri zəbt edən bu cür qanunsuz tikililər son günlər Suraxanı rayonunda artmaqdadır. Sakinlər bildirib ki, sözügedən ünvanda aparılan tikintinin kim tərəfindən və hansı əsasla aparıldığı məlum deyil. Heç ortada tikinti ilə bağlı rəsmi açıqlama da yoxdur. Ərazidə yaşayan sakinlər isə bildirirlər ki, dəfələrlə müxtəlif instansiyalara məlumat versələr də, heç bir tədbir görülməyib.

Sakinləri narazı salan tikinti ilə nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə Suraxanı rayon İcra Hakimiyyəti, nə də Fövqəladə Hallar Nazirliyi maraqlanır.

Sakinlər bildirib ki, bu qədər açıq-aşkar aparılan və hər kəsin görə biləcəyi bir tikinti prosesinə niyə aidiyyəti dövlət qurumları səssiz qalır? Nə üçün bu prosesə hüquqi qiymət verilmir? Əgər tikinti qanunsuz deyilsə, ictimaiyyətə bu barədə niyə məlumat verilmir? Tikinti aparılan yerdə, heç bir təhlükəsizlik tədbiri görülmür, heç bir məlumat hövhəsi yerləşdirilməyib. Üstəlik tikinti aparılan ərazidə ağaclar da var ki, onların da məhv edilmə ehtimalı yüksəkdir. Bir ərazidə sakinlərin gözü önündə bir necə qanun pozuntusu – qanunsuz tikinti, ərazilərin zəbti, nəzarətsizlik və yaşıllıqların məhv edilməsi halları eyni anda baş verir. Ancaq bu qədər qanunsuzluğun baş verdiyi ərazi heç bir dövlət qurumunun diqqətini çəkmir.
Sakinlər onları narahat edən bu məsələ ilə bağlı rayonun icra başçısı Adil Əliyevə şikayət məktubu ünvanladıqlarını da bildiriblər. Ancaq edilən müraciətlərə heç bir reaksiya verilməyib.(Tribunainfo.az)


Oxunub: 495

Son xəbərlər

Kirayə avtomobillərdən istifadə edənlərə xəbərdarlıq

Bu avtomobillərin satışının ƏDV-dən azad olunması üçün şərt müəyyənləşdi

Atmosferdə karbon qazının artması okeanların turşulaşmasına səbəb olur

Süni zəka təbiət elmlərində tədqiqat metodlarını köklü şəkildə dəyişdirir

Aygün Əliyevanın təkbaşına idarəçiliyinə son qoyuldu -TƏFSİLAT

“Mərcan Broyler”də zəhərlənmə -Video

Kadırov gizlicə xəstəxanaya yerləşdirildi – “Ümid demək olar ki, yoxdur”

Nazirlik avtomobillərin nizamsız parklanması ilə bağlı müraciət etdi

Aylıq gəliri 8 min manatdan çox olanlar üçün sosial sığorta haqqı artırıldı

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb

Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək

Günəş partlayışları Yer üzündə texnoloji sistemlər üçün real təhlükə yaradır

Naxçıvanda yeni vergi güzəştləri tətbiq ediləcək - Bu gündən

Maqnit fırtınası gözlənilir

Bu sektorda çalışanlardan yeni qaydada gəlir vergisi tutulacaq

Bu peşə sahibləri üçün sosial sığorta haqqı dəyişidi

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər olacaq

Yaşayış minimumu və ehtiyac meyarı artdı

Nyu-York şəhərinin yeni meri Qurana and içəcək

""Kim güclüdür, o da haqlıdır" prinsipini əsas prinsip kimi qəbul ediblər" - Prezident

Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb

​​​​​​​Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirildi

Bu qan qrupuna aid olanlar çox yaşayır

Yeni ildən bu cərimələr artacaq - VİDEO

Bundan sonra baş redaktor kimi işləyəcəm - Misir Mərdanov

ABŞ Putinin iqamətgahına hücumla bağlı iddiaları araşdıracaq

"Şəhərin mərkəzi küçələrinin hamısı palçığın içindədir" - VİDEO

Gələn ilin aprelindən quru sərhədlər AÇILA BİLƏR

Yollar buz bağlayacaq - Xəbərdarlıq

Mükafat ödənişləri ilə bağlı yeni qərar

Bütün xəbərlər