Bu qan qrupuna aid olanlar çox yaşayır

Tədqiqatçılar 100 yaşdan yuxarı fərdlər üzərində apardıqları araşdırmalar zamanı qan qrupları ilə ömür uzunluğu arasında diqqətçəkən əlaqə aşkarlayıblar.

"DogruXeber.tv" xəbər verir ki, araşdırmaya görə, I (O) qan qrupu digərləri ilə müqayisədə daha uzunömürlülüklə əlaqələndirilir.

Mütəxəssislər bildirirlər ki, təkcə qan qrupu uzun ömür üçün həlledici amil olmasa da, sağlam həyat tərzi ilə birlikdə bu faktor mühüm rol oynaya bilər.

Aparılan elmi tədqiqatlarda I (O) qan qrupuna malik şəxslərin bir çox xəstəliklərə qarşı daha davamlı olduğu müəyyən edilib.

Qan qrupları yüksək təzyiq, yoluxucu xəstəliklər və xərçəng riski ilə əlaqələndirilir və I (O) qan qrupu ümumilikdə ən sağlam qan qrupu hesab olunur.

Böyük Britaniyada aparılan yeni araşdırmada London Universitetinə bağlı Royal Holloway Universitetinin alimləri qan qrupları ilə müxtəlif xəstəliklər arasında əlaqə tapıblar. Tədqiqat qan qrupunu müəyyən edən genlərin beyində qan laxtalanması riski (CVT) ilə əlaqəli ola biləcəyini göstərib. 882 nəfər üzərində aparılan araşdırmada AB qan qrupuna malik şəxslərdə CVT riskinin digər qruplara nisbətən orta hesabla 5,6 dəfə yüksək, I (O) qan qrupunda isə bu riskin yarıbayarı az olduğu müəyyən edilib.

Vorvik Universitetinin virusoloqu və molekulyar onkologiya professoru Lorens Yanq qeyd edib ki, qan qrupunu müəyyən edən molekullar qan laxtalanma mexanizminə birbaşa təsir göstərə bilər. Onun sözlərinə görə, hüceyrə membranındakı zülallar ürək-damar xəstəliklərinə həssaslığı artıra və ya azalda bilər.

Mütəxəssislər xatırladırlar ki, 100 yaşına çatan insanların ortaq xüsusiyyətləri arasında müntəzəm fiziki aktivlik, balanslı qidalanma, stressin düzgün idarə olunması, güclü sosial əlaqələr, həyata müsbət baxış və genetik amillər mühüm yer tutur. Qan qrupu isə bu amillərdən yalnız biri hesab olunur./Milli.az

Tədqiqatçılar 100 yaşdan yuxarı fərdlər üzərində apardıqları araşdırmalar zamanı qan qrupları ilə ömür uzunluğu arasında diqqətçəkən əlaqə aşkarlayıblar.

Tribuna.az xəbər verir ki, araşdırmaya görə, I (O) qan qrupu digərləri ilə müqayisədə daha uzunömürlülüklə əlaqələndirilir.

Mütəxəssislər bildirirlər ki, təkcə qan qrupu uzun ömür üçün həlledici amil olmasa da, sağlam həyat tərzi ilə birlikdə bu faktor mühüm rol oynaya bilər.

Aparılan elmi tədqiqatlarda I (O) qan qrupuna malik şəxslərin bir çox xəstəliklərə qarşı daha davamlı olduğu müəyyən edilib.

Qan qrupları yüksək təzyiq, yoluxucu xəstəliklər və xərçəng riski ilə əlaqələndirilir və I (O) qan qrupu ümumilikdə ən sağlam qan qrupu hesab olunur.

Böyük Britaniyada aparılan yeni araşdırmada London Universitetinə bağlı Royal Holloway Universitetinin alimləri qan qrupları ilə müxtəlif xəstəliklər arasında əlaqə tapıblar. Tədqiqat qan qrupunu müəyyən edən genlərin beyində qan laxtalanması riski (CVT) ilə əlaqəli ola biləcəyini göstərib. 882 nəfər üzərində aparılan araşdırmada AB qan qrupuna malik şəxslərdə CVT riskinin digər qruplara nisbətən orta hesabla 5,6 dəfə yüksək, I (O) qan qrupunda isə bu riskin yarıbayarı az olduğu müəyyən edilib.

Vorvik Universitetinin virusoloqu və molekulyar onkologiya professoru Lorens Yanq qeyd edib ki, qan qrupunu müəyyən edən molekullar qan laxtalanma mexanizminə birbaşa təsir göstərə bilər. Onun sözlərinə görə, hüceyrə membranındakı zülallar ürək-damar xəstəliklərinə həssaslığı artıra və ya azalda bilər.

Mütəxəssislər xatırladırlar ki, 100 yaşına çatan insanların ortaq xüsusiyyətləri arasında müntəzəm fiziki aktivlik, balanslı qidalanma, stressin düzgün idarə olunması, güclü sosial əlaqələr, həyata müsbət baxış və genetik amillər mühüm yer tutur. Qan qrupu isə bu amillərdən yalnız biri hesab olunur./Milli.az


Oxunub: 222

Son xəbərlər

Kirayə avtomobillərdən istifadə edənlərə xəbərdarlıq

Bu avtomobillərin satışının ƏDV-dən azad olunması üçün şərt müəyyənləşdi

Atmosferdə karbon qazının artması okeanların turşulaşmasına səbəb olur

Süni zəka təbiət elmlərində tədqiqat metodlarını köklü şəkildə dəyişdirir

Aygün Əliyevanın təkbaşına idarəçiliyinə son qoyuldu -TƏFSİLAT

“Mərcan Broyler”də zəhərlənmə -Video

Kadırov gizlicə xəstəxanaya yerləşdirildi – “Ümid demək olar ki, yoxdur”

Nazirlik avtomobillərin nizamsız parklanması ilə bağlı müraciət etdi

Aylıq gəliri 8 min manatdan çox olanlar üçün sosial sığorta haqqı artırıldı

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb

Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək

Günəş partlayışları Yer üzündə texnoloji sistemlər üçün real təhlükə yaradır

Naxçıvanda yeni vergi güzəştləri tətbiq ediləcək - Bu gündən

Maqnit fırtınası gözlənilir

Bu sektorda çalışanlardan yeni qaydada gəlir vergisi tutulacaq

Bu peşə sahibləri üçün sosial sığorta haqqı dəyişidi

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər olacaq

Yaşayış minimumu və ehtiyac meyarı artdı

Nyu-York şəhərinin yeni meri Qurana and içəcək

""Kim güclüdür, o da haqlıdır" prinsipini əsas prinsip kimi qəbul ediblər" - Prezident

Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb

​​​​​​​Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirildi

Bu qan qrupuna aid olanlar çox yaşayır

Yeni ildən bu cərimələr artacaq - VİDEO

Bundan sonra baş redaktor kimi işləyəcəm - Misir Mərdanov

ABŞ Putinin iqamətgahına hücumla bağlı iddiaları araşdıracaq

"Şəhərin mərkəzi küçələrinin hamısı palçığın içindədir" - VİDEO

Gələn ilin aprelindən quru sərhədlər AÇILA BİLƏR

Yollar buz bağlayacaq - Xəbərdarlıq

Mükafat ödənişləri ilə bağlı yeni qərar

Bütün xəbərlər