Xaçmazda icra sükutu: vətəndaş qapı döyür, məmur görünmür - VİDEO

"DogruXeber.tv"nin apardığı müşahidələr və redaksiyamıza daxil olan müraciətlər bir daha göstərir ki, Xaçmaz rayonunda icra hakimiyyətinin fəaliyyəti dövlət idarəçiliyinin mahiyyətindən uzaqlaşaraq şəxsi maraqlara xidmət edən bir mexanizm təsiri bağışlayır. Burada söhbət təkcə bir vətəndaşın sosial problemindən yox, məmur-vətəndaş münasibətlərində formalaşmış sistemli laqeydlikdən, təkəbbürdən və siyasi məsuliyyətsizlikdən gedir.

Xaçmaz rayonunun Ağçay kənd sakini Asalıyev Vahid Şıxəli oğlu rayon icra hakimiyyətinin inzibati binasının qarşısında çəkdiyi video-müraciətlə acı bir reallığı ictimailəşdirir: problem var, vətəndaş var, amma onu dinləyən və cavabdeh olan yoxdur. Onun iddiasına görə, icra hakimiyyətinin əməkdaşları olan Ceyhun, Elnur və Günel adlı şəxslər vətəndaşın probleminə biganə yanaşıb, onu ciddiyə almayaraq yuxarıdan aşağı münasibət göstəriblər. Bu davranış artıq təkcə etik pozuntu deyil, dövlət məmurunun vətəndaşa qarşı açıq hörmətsizliyidir.

Altı uşaq atası olan Vahid bəy bildirir ki, ünvanlı sosial yardımı kəsilib, lakin səbəbi barədə ona nə yazılı, nə də şifahi əsaslandırılmış izahat verilib. Gününü icra hakimiyyətinin dəhlizlərində keçirən və sonda tam çarəsiz qalan vətəndaş üçün bu proses sadəcə bürokratik əngəl yox, sosial dramdır. Qapıdan qapıya göndərilmək, saatlarla gözləmək və nəticəsiz qalmaq bu gün Xaçmazda vətəndaşın dövlətlə qarşılaşmasının tipik mənzərəsinə çevrilib.

VİDEO: https://www.tiktok.com/@dogruxeber.tv/video/7588643899896319240?_r=1&_t=ZS-92bBfcMh3Kc

Məsələnin hüquqi tərəfi məlumdur: ünvanlı sosial yardımın təyinatı və dayandırılması Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətindədir. Lakin vətəndaşın digər qurumdan çarə tapa bilməyərək icra hakimiyyətinə üz tutması tamamilə məntiqlidir. Çünki icra başçısı problemdən yayınan yox, problemin həllini əlaqələndirən əsas inzibati fiqur olmalıdır. Ancaq görünən odur ki, Xaçmaz rayonunun icra başçısı Elnur Rzayev vətəndaş üçün əlçatmaz məmura çevrilib.

Rayon sakinlərinin söylədiklərinə görə, icra başçısı daha çox öz şəxsi rahatlığı, biznes maraqları və yaxın çevrəsinin təminatı ilə məşğuldur. İddialara əsasən, vəzifəyə təyin olunduqdan qısa müddət sonra qayınatasının adına yarım milyon manatlıq avtomobil alınıb. Bu iddialar rəsmi şəkildə təkzib edilmədiyi müddətdə cəmiyyətdə ciddi və haqlı suallar doğurur: bu vəsaitin mənbəyi nədir və niyə sosial problemlər fonunda dəbdəbəli həyat tərzi ön plana çıxır?

"DogruXeber.tv"yə daxil olan məlumatlar göstərir ki, rayon sakinlərinin əhəmiyyətli bir hissəsi problemlərinin həllini artıq icra strukturlarında yox, mediada axtarır. Bu isə o deməkdir ki, yerli icra hakimiyyəti vətəndaş üçün çıxış yolu deyil, əlavə maneəyə çevrilib.
Rayonun digər sakini Şaiq adlı vətəndaşın həyətyanı sahəsinə gedən yolun açılması üçün son ümid kimi Allaha müraciət etməsi isə vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu açıq göstərir. Vətəndaş dövlət institutlarından ümidini kəsir, məmur susur, problem isə olduğu kimi qalır.

Daha narahatedici məqam ondan ibarətdir ki, daxil olan məlumatlara görə, rayonun aktiv sakinləri və jurnalistləri müxtəlif üsullarla təsir altına salınmağa çalışılır, tənqidi mövqelər neytrallaşdırılır. Məqsəd aydındır: yarıtmaz idarəetməni ört-basdır etmək. Lakin ictimai narazılıq dərinləşdikcə bu cəhdlərin nəticə vermədiyi də ortadadır.

Bu yazı şəxsi hücum deyil. Bu, dövlət idarəçiliyində yaranmış boşluqlara və sosial ədalətsizliyə diqqət çəkmək cəhdidir. Çünki icra başçısı kreslosunu xalqdan üstün tutduğu anda dövlət-vətəndaş münasibətləri zədələnir və etimad sarsılır.

Bu gün Xaçmazda vətəndaş probleminin həlli üçün icra hakimiyyətinin qapısında yox, kamera qarşısında və media vasitəsilə səsini ucaltmaq məcburiyyətində qalırsa, bu artıq ciddi siqnaldır.

"DogruXeber.tv" olaraq bildiririk: xalqdan uzaq düşən, vətəndaşın dərdinə biganə qalan məmur gec-tez cəmiyyətin sualları ilə üz-üzə qalır. Xaçmazda baş verənlər isə susmaqla yox, açıq mövqe və real hesabatla həll olunmalıdır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


Oxunub: 212

Son xəbərlər

Kirayə avtomobillərdən istifadə edənlərə xəbərdarlıq

Bu avtomobillərin satışının ƏDV-dən azad olunması üçün şərt müəyyənləşdi

Atmosferdə karbon qazının artması okeanların turşulaşmasına səbəb olur

Süni zəka təbiət elmlərində tədqiqat metodlarını köklü şəkildə dəyişdirir

Aygün Əliyevanın təkbaşına idarəçiliyinə son qoyuldu -TƏFSİLAT

“Mərcan Broyler”də zəhərlənmə -Video

Kadırov gizlicə xəstəxanaya yerləşdirildi – “Ümid demək olar ki, yoxdur”

Nazirlik avtomobillərin nizamsız parklanması ilə bağlı müraciət etdi

Aylıq gəliri 8 min manatdan çox olanlar üçün sosial sığorta haqqı artırıldı

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb

Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək

Günəş partlayışları Yer üzündə texnoloji sistemlər üçün real təhlükə yaradır

Naxçıvanda yeni vergi güzəştləri tətbiq ediləcək - Bu gündən

Maqnit fırtınası gözlənilir

Bu sektorda çalışanlardan yeni qaydada gəlir vergisi tutulacaq

Bu peşə sahibləri üçün sosial sığorta haqqı dəyişidi

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər olacaq

Yaşayış minimumu və ehtiyac meyarı artdı

Nyu-York şəhərinin yeni meri Qurana and içəcək

""Kim güclüdür, o da haqlıdır" prinsipini əsas prinsip kimi qəbul ediblər" - Prezident

Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb

​​​​​​​Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirildi

Bu qan qrupuna aid olanlar çox yaşayır

Yeni ildən bu cərimələr artacaq - VİDEO

Bundan sonra baş redaktor kimi işləyəcəm - Misir Mərdanov

ABŞ Putinin iqamətgahına hücumla bağlı iddiaları araşdıracaq

"Şəhərin mərkəzi küçələrinin hamısı palçığın içindədir" - VİDEO

Gələn ilin aprelindən quru sərhədlər AÇILA BİLƏR

Yollar buz bağlayacaq - Xəbərdarlıq

Mükafat ödənişləri ilə bağlı yeni qərar

Bütün xəbərlər