Kirayə avtomobillərdən istifadə edənlərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və sərnişinlərə xəbərdarlıq edib.

"DogruXeber.tv" xəbər verir ki, xəbərdarlıqda deyilir:

"Bayram günləri ilə əlaqədar ölkə ərazisində avtomobillə səyahətlərin təşkili əhəmiyyətli dərəcədə artıb. Belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur.

Lakin, təəssüf ki, bu qəbildən olan daşımalar zamanı avtomobilin texniki vəziyyəti, sürücülərin reysqabağı tibbi müayinəsi, onların iş və istirahət rejiminə riayət etməsi kimi məsələlərə ciddi yanaşılmır. Eyni zamanda, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.

Son illər səfərlərin təşkilində kirayə avtomobillərdən istifadə halları da nəzərəçarpacaq dərəcədə artıb. Lakin nəzərə almalıyıq ki, kirayə avtomobillərin texniki vəziyyəti, yaxud xidmətindən istifadə etdiyimiz sürücünün peşəkarlıq səviyyəsi barədə əvvəlcədən məlumatlı olmamaq potensial təhlükə deməkdir.

Doğma həmvətənlərimiz, ölkəmizin əziz qonaqları. Ümidvarıq ki, bayram günlərində əhval-ruhiyyənizin xoş ovqata köklənməsi üçün tövsiyələrimizi nəzərə alacaq, səyahətlərinizi bu sahədə ixtisaslaşmış hüquqi və ya fiziki şəxslərə etibar edəcəksiniz".

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər