Suraxanıda qanunsuz tikili qalmaqal yaratdı- Video

Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlala Qurbanov küçəsi 146 ünvanında aparılan tikinti işləri yerli sakinlərin haqlı narahatlığına səbəb olub. Məlumata görə, sözügedən ərazidə heç bir rəsmi elan, layihə pasportu, tikintiyə dair məlumatlandırıcı lövhə olmadan inşaat işləri həyata keçirilir.

"dogruxeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, sakinləri narazı salan, gediş-gəlişi çətinləşdirən, boş əraziləri zəbt edən bu cür qanunsuz tikililər son günlər Suraxanı rayonunda artmaqdadır. Sakinlər bildirib ki, sözügedən ünvanda aparılan tikintinin kim tərəfindən və hansı əsasla aparıldığı məlum deyil. Heç ortada tikinti ilə bağlı rəsmi açıqlama da yoxdur. Ərazidə yaşayan sakinlər isə bildirirlər ki, dəfələrlə müxtəlif instansiyalara məlumat versələr də, heç bir tədbir görülməyib.

Sakinləri narazı salan tikinti ilə nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə Suraxanı rayon İcra Hakimiyyəti, nə də Fövqəladə Hallar Nazirliyi maraqlanır.

Sakinlər bildirib ki, bu qədər açıq-aşkar aparılan və hər kəsin görə biləcəyi bir tikinti prosesinə niyə aidiyyəti dövlət qurumları səssiz qalır? Nə üçün bu prosesə hüquqi qiymət verilmir? Əgər tikinti qanunsuz deyilsə, ictimaiyyətə bu barədə niyə məlumat verilmir? Tikinti aparılan yerdə, heç bir təhlükəsizlik tədbiri görülmür, heç bir məlumat hövhəsi yerləşdirilməyib. Üstəlik tikinti aparılan ərazidə ağaclar da var ki, onların da məhv edilmə ehtimalı yüksəkdir. Bir ərazidə sakinlərin gözü önündə bir necə qanun pozuntusu – qanunsuz tikinti, ərazilərin zəbti, nəzarətsizlik və yaşıllıqların məhv edilməsi halları eyni anda baş verir. Ancaq bu qədər qanunsuzluğun baş verdiyi ərazi heç bir dövlət qurumunun diqqətini çəkmir.
Sakinlər onları narahat edən bu məsələ ilə bağlı rayonun icra başçısı Adil Əliyevə şikayət məktubu ünvanladıqlarını da bildiriblər. Ancaq edilən müraciətlərə heç bir reaksiya verilməyib.

Mövzunu diqqətdə saxlayacağıq.

Aparılan tikinti ilə bağlı yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

VİDEO BURADA: Suraxanıda qanunsuz tikili qalmaqalı

Son xəbərlər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Bütün xəbərlər