Yeni Suraxanıda əvvəlki başçının daş qoyduğu torpağa Adil Əliyev də daş qoymağa başlayıb

dogruxeber.tv: - Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması barədə Suraxanı rayonuna hələ ı Əziz Əzizov başçııq etdiyi dönəmlərdə yazmışdıq. Burada o zaman hasara alınaraq ticarət məgsədi ilə tikinti işlərinə başlanılması barədə məlumatı ictimaiiyyətə çatdırmışdıq. Bir sıra aidiyyəti dövlət qurumlarına müraciət etmişdik. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsinə birbaşa cavabdeh olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi göstərilən ünvanda tikinti işlərinin aparılmasına göz yumdu.

Məlum olduğu kimi Suraxanı rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. 8 iyul 2024-cü ildən Prezident İlham Əliyevin Sərəncamı ilə başçı vəzifəsinə Adil Əliyev təyin edilib. Əldə etdiyimiz məlumatlara görə Adil Əliyev vəzifə başına keçər-keçməz Suraxanıda qanunsuz tikililərin sayı artıb. Məlumata görə o, başçısı təyin olunanda özü ilə yüzə yaxın adam gətirərək Suraxanıda qanunsuz tikililərin aşkar edilməsini tapşırıb. Hətta onlara qeyri rəsmi maaş da verir. Burada məqsəd qanunsuz tikililərin aşkar edilərək dayandırılıması deyil, qanunsuz tikintilərin başqa yollarla leqallaşdırılmasıdır.

Adil Əliyev Suraxanı rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində yenə qanunsuz tikinti işlərinə başlanılıb. Yəni. əvvəlki başçının daş qoyduğu torpağa Adil Əliyev də daş qoymağa başlayıb.

Aktualinfo.org bir daha xatırladır ki, sözügedən ərazidə qanunsuz tikinti işlərinin aparılmasına bir neçə il əvvəl toxunmuşdu. Bir daha qeyd etmək istərdik ki, tikintiyə sənədləri hansı dövlət qurumunun, Suraxanı rayonu İcra Hakimiyyətinin yoxsa Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verməsinin bəlli olmadığını qeyd etmiş, əslində isə tikintiyə icazənin adıçəkilən qurumların birgə rəyi əsasında verildiyini oxucuların diqqətinə çatdırmışdıq. Onu da əlavə etmişdik ki, tikinti işləri sözügedən ərazidə istismar müddəti bitmiş neft quyularının üstündə aparılır. SOCAR-ın ərazisində tikintiyə icazənin hansı qurum tərəfindən verildiyinə aydınlıq gətirilməsini istəmişdik.

Sözügedən məqalədə göstərilən ərazidə tikinti işlərinin aparılmasına münasıbət bildirən SOCAR Təhlükəsizlik İdarəsinin rəsmisi redaksiyanın əməkdaşına zəng edərək bildirmişdi ki, həmin ərazinin SOCAR-a heç bir aidiyyatı yoxdur. Ərazi ola bilsin ki, əvvəllər Neft Şirkətinə məxsus olub. Lakin orada çoxsaylı evlər və məktəb tikildiyindən qurum rəsmisinin sözlərinə görə, ərazi artıq İcra Hakimiyyətinin balansına verilib.

Qeyd etdiyimiz kimi ərazi həm istismar müddəti bitmiş neft quyuları ilə əhatə olunub, həm də yaxınlığında orta ümumtəhsil məktəbi yerləşir ki, belə bir ərazidə hər hansı ticarət obyektin tikintisi yalnız şəhərsalma planlarına və normalarına uyğun şəkildə aparılmalıdır. Bunu ötən yazılarda da qeyd etmişdik və bir daha xatırladırıq ki, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərini və memarlıq-planlaşdırma strukturlarını müəyyən etmək; müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlərin hazırlanmasında iştirak etmək; müvafiq sahədə öz səlahiyyətləri daxilində layihələndirilmə prosesində müəssisə və təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırmaq və müvafiq qərar qəbul etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa vəzifələrinə aiddir. Lakin proseslərin gedişindən də göründüyü kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazidə bu qanunsuz tikinti işinin aparılmasına israrlıdır.

Yeni Suraxanıda əvvəlki başçının daş qoyduğu torpağa Adil Əliyev də daş qoymağa başlayıb

Yeni Suraxanıda əvvəlki başçının daş qoyduğu torpağa Adil Əliyev də daş qoymağa başlayıb

Qeyd edək ki, ərazidə qanunsuz tikinti işlərinin kimlər tərəfindən başladıldığını öyrənməyə çalışdıq. Lakin heç bir məlumat əldə edə bilmədik. Yalnız onu öyrənə bildik ki, tikinti işlərinə Adil Əliyevin qeyri rəsmi tapşırığından sonra başlanılıb. Ümid edirik ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına verilmiş icazəyə aydınlıq gətirilməsi üçün göstəriş verəcək.//Aktualinfo.org

Oxunub: 517

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər