Bədəl Bədəlov dövlətdən oğurladıqları milyonları itirə bilər – ƏGƏR TƏFTİŞ OLUNARSA…

“Sabiq millət vəkili Adil Əliyevin Bakının Suraxanı rayonunun icra başçısı təyin olunması Əziz Əzizov və onun “əzəli şəriki” Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə sabiq vitse-prezidenti Bədəl Bədəlovun yuxusunu ərşə çəkib. Belə ki, Adil Əliyev icra başçısı təyin ediləndən qısa müddət sonra, rayon ərazisində həyata keçirilən alqı-satqıların, tikinti işlərinin təftişinə qərar verib ki, bu da dəhşətli qanunsuzluqları üzə çıxarıb”.

"dogruxeber.tv" bildirir ki, bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Hələ də davam edən təftiş nəticəsində məlum olub ki, rayon ərazisində Əziz Əzizov və Bədəl Bədəlova məxsus dəyəri milyon manatlarla ölçülən çoxlu sayda obyekt mövcuddur. Hansı ki, bu obyektlərin hamısına qanunsuz yollarla – vəzifə səlahiyyətindən sui-istifadə etmək, dövlət büdcəsini talamaq, vətəndaşlardan külli miqdarda rüşvət almaqla sahiblənilib. Rayon əraizindəki əksər iri ticarət mərkəzlərinin, restoran və kafelərin sahibi bu iki şəxsdir.

Ən maraqlısı isə bu obyektlərin bir çoxunun SOCAR-a məxsus ərazilərdə inşa edilməsidir. Nümunə üçün qeyd edək ki,Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, döngə 2-də Neft Şirkətinə məxsus torpaqlar Əziz Əzizov və Bədəl Bədəlov tərəfindən zəbt edilib. Zəbt edilən bu ərazidə onlar fərdi ev və obyekt inşa deilib ki, onların ən ”sanballıları” Əziz Əzizovla Bəsəl Bədəlova məxsusdur.

Suraxanı rayonunun Yeni Suraxanı ərazisində – “Araz” market yaxınlığında vətəndaşların xeyir-şər yeri üçün nəzərdə tutulan ərazi belə Bədəl Bədəlov tərəfindən zəbt edilərək mənimsənilib.

Təftiş çərçivəsində aparılan araşdırma nəticəsində bəlli olub ki, Əziz Əzizovla Bədəl Bədəlov uzun illər ərzində neft torpaqlarını kütləvi şəkildə satıb. Nəticədə bu gün Suraxanıda SOCAR-a məxsus ərazilərdə minlərlə ev və qeyri-yaşayış obyekti tikilib ki, onların sökülməsi vətəndaşlar tərəfindən kütləvi etiraza səbəb ola bilər. Başqa sözlə desək, Əziz Əzizovla Bədəl Bədəlovun tamahı dövlət üçün həlli müşkül olan ciddi problemlər yaradıb ki, Adil Əliyevin bu problemləri necə, hansı şəkildə həll edəcəyi maraq doğurur.

Ehtimal ki, bütün bu qanunsuzluqlar, Əziz Əzizov və Bədəl Bədəlova məxsus külli miqdarda sərvətlə bağlı məlumatlar Adil Əliyev tərəfindən yuxarı instansiyalara təqdim ediləcək, problemin həlli yolu da məhz “yuxarıların” təlimatı əsasında həyata keçiriləcək. Bu isə o deməkdir ki, Adil Əliyevlə Bədəl Bədəlovun Surxanıdakı daşınmaz əmlaklarının taleyi risk altındadır və bu əmlakların dövlət tərəfindən müsadirə edilərək təkrar satışa çıxarılması, əldə edilən vəsaitlərin Qarabağdakı bərpa prosesinə yönəldilməsi ehtimalı kifayət qədər böyükdür…”

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər