Nəsimi bazarının yanında tikilən bina kimin himayəsindədir? - İDDİA // VİDEO

dogruxeber.tv: - Bakı şəhərinin mərkəzi rayonlarından sayılan Nəsimi rayonunda qanunsuz tikintilərin aparılması barədə zaman-zaman yazılıb. İlginc məqam budur ki, ən ucqar ərazilərdə – yaşayış məntəqələrində aparılan hər hansı tikinti işindən anında xəbər tutan, hərəkətə keçən müvafiq strukturlar Nəsimi rayonunda aparılan qanunsuz tikinti işlərinə müdaxilə etmirlər. Rayon ərazisindəki qanunsuz tikintilərin isə icra hakimiyyətinin səlahiyyətli şəxslərinin xeyir- duası ilə həyata keçirildiyi iddia olunur. Heç bir rəsmi icazə sənəd olmadan müxtəlif obyektlər inşa edilir.

Nəsimi rayonunda Süleyman Rüstəm və Mirhəşimov küçələrinin kəsişməsində, Nəsimi bazarının yanında aparılan tikintidən də ərazidə yaşayan vətəndaşlar narazıdır. Onların sözlərinə görə heç bir rəsmi icazəsi olmadan aparılan bu qanunsuz tikinti həyətdə uşaqların oynaması üçün kiçik ərazini belə zəbt edib, gələcəkdə isə bu tikinti evləri gün işığından məhrum edəcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallah Nazirliyi isə məsələyə münasibət bildirmir. Ərazidə tikinti aparan işbazın yüksək dairələr tərəfindən himayə olunduğu və Nəsimi rayonu ərazisində bir çox belə qanunsuz tikintiyə qanuni don geyindirdiyi bildirilir. Deyilənə görə, həmin işbazın həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həm də Nəsimi rayonunun məsul şəxsləri ilə isti münasibəti var. Onu da bildirək ki, 2024-cü ilin sentyabr ayında keçirilən deputat seçkilərində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deputat seçildiyi üçün bu vəzifə artıq boşdur. Nəsimi rayon icra Hakimiyyətində hazırda başçının 1-ci müavini vəzifəsində Gülarə Verdiyeva çalışır. G.Verdiyeva 2013-cü ilin noyabr ayından Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin, 2017-ci ilin fevral ayından Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində çalışır. Nəsimi rayon İcra Hakimiyyətinin başçısının digər iki müavini isə Zahid Xəlilov və Ramiz Quliyevdir. İcra Hakimiyyətində tikintilərə məsul şəxslərdən biri isə rayon təsərrüfatı şöbəsinin müdiri Asim Rzayevdir.

Şikayətdə iddia olunan məsələlərlə bağlı adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!//TEREF

Son xəbərlər

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bütün xəbərlər