İTS–TƏBİB KOORDİNASİYASI ƏTRAFINDA CİDDİ SUALLAR -DE-FAKTO

DogruXeber.tv: - 2025-ci il üzrə İcbari Tibbi Sığorta (İTS) Fondunun büdcə bölgüsü ətrafında səslənən iddialar səhiyyə sistemində şəffaflıq, rəqabət və etik idarəetmə ilə bağlı ciddi suallar doğurur. İddialara görə, İTS və TƏBİB-in iş birliyi nəticəsində büdcənin 50–60%-i müəyyən şəbəkəyə daxil olan klinikalar arasında bölüşdürülüb, digər 40% isə bazarın qalan iştirakçılarına çatıb. Bu bölgünün ədalətsiz olduğu və bəzi klinikaları maliyyə sıxıntısına saldığı bildirilir.Sistemin əsas icra qurumu olan TƏBİB və maliyyələşməni həyata keçirən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) arasında koordinasiya mexanizmləri illərdir müzakirə olunur. Lakin bu dəfə iddialar daha konkret adlar və ünvanlarla səslənir.

Şəbəkənin əsas fiqurlarından biri kimi Yeni Klinikanın direktoru Barat Yusubov göstərilir. Yeni Klinika-ya daxil olan xəstələrin müəyyən özəl tibb mərkəzlərinə yönləndirildiyi iddia olunur. Bu mərkəzlər sırasında “EGE” hospital (Direktoru Baratın həyat yoldaşıdır), “Olimp” və “HP Güvən” klinikalarının adı çəkilir. Daxil olmuş məlumatlara görə,“EGE” hospital yaxın tarixlərə qədər digər klinikalarla müqayisədə 15–20 dəfə çox sığorta dövriyyəsi göstərib,yoxlamalar zamanı dövriyyənin süni şəkildə azaldıldığı bildirilir, yeni Klinikaya müraciət edən xəstələrin sistemli şəkildə “EGE” hospitala yönləndirilməsi baş verib.bütün xəstə kodlarının İTS tərəfindən təsdiqləndiyi və bunun üçün “münbit şərait” yaradıldığı iddia edilir.
Mediatv.az bildiri ki,əgər bu faktlar təsdiqini tapsa, burada maraq toqquşması, rəqabət mühitinin pozulması və bərabər çıxış imkanlarının məhdudlaşdırılması kimi ciddi hüquqi məsələlər ortaya çıxır.

Bu iki xətt arasında qeyri-formal koordinasiya mövcuddursa və qərarlar dar çevrədə formalaşırsa, sistemdə balans pozulmuşdur.Sadalanan məsələlər vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının, dövlət vəsaitlərinin məqsədli və şəffaf xərclənməməsi prinsipinin, rəqabət mühitinin qorunmasını mövzusunu aktuallaşdırır. Burada əsas məsələ şəxsi münasibətlərin olub-olmaması deyil — dövlət vəsaitinin bölgüsündə obyektivlik və şəffaflığın təmin olunmasıdır.Cavab gözləyən suallar cəmiyyət üçün maraqlıdır.Belə ki,2025-ci il üzrə İTS bölgüsünün klinikalar üzrə detallı statistikası niyə açıqlanmır,yeni Klinikadan yönləndirilən xəstələrin sayı və ünvanları barədə rəsmi hesabat varmı,audit və daxili nəzarət mexanizmləri hansı nəticələri göstərib?

Əgər sistem təmiz və qanunauyğundursa, bu sualların cavabı açıq şəkildə ictimaiyyətə təqdim olunmalıdır. Əks halda, sadalananlar sadəcə əməkdaşlıq modeli deyil, qapalı qərarvermə mexanizmi kimi qəbul ediləcək.

Araşdırma xarakterli iddiaların dəqiqləşdirilməsi üçün adları çəkilən şəxslərin və qurumların mövqeyi də dinlənilməlidir. Şəffaflıq isə yalnız açıqlama ilə deyil, sənədlə sübut olunmalıdır.

“İTS çətiri” və şəbəkə idarəçiliyi

İddialarda İTS ilə müqaviləli olan bir sıra özəl tibb müəssisələrinin də adı çəkilir. Məsələn:Yasamal Hospital, Avropa Beynəlxalq Hospital ,Gəncə Beynəlxalq Xəstəxanası
Bu müəssisələrin biznesmen Famil Musayevin nəzarətində olduğu, görünüşdə dolayı mexanizmlərlə Tibbi Planlama Departamentində vəzifə tutan şəxslərin gəlir mənbəyinə çevrildiyi iddia edilir. Adı çəkilənlər arasında Hikmət İbrahimlinin də olduğu bildirilir.
Ən ağır ittiham isə budur: bəzi böyük dövriyyəli özəl klinikaların əvvəlcədən razılaşma əsasında onlara ayrılan İTS dövriyyəsinin 10 faizini rüşvət kimi geri qaytarması barədə məlumatlar dolaşır.

Hüquqi prizma: hansı normalar pozula bilər?

Əgər səslənən iddialar sübuta yetirilərsə, aşağıdakı hüquqi çərçivələr gündəmə gələ bilər: Vəzifəli şəxslərin xidməti mövqedən şəxsi maraq üçün istifadə etməsi,Cinayət Məcəlləsinin 308 və 311-ci maddələri – vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma,Rəqabət Məcəlləsi – bazarda üstün mövqedən sui-istifadə və ayrı-seçkilik,dövlət vəsaitlərinin xərclənməsində bərabərlik və şəffaflıq prinsiplərinin pozulması.İTS mexanizmi sığorta hadisələrinin kodlaşdırılması, tibbi xidmətlərin təsnifatı və ödənişlərin təsdiqi üzərindən işləyir. Əgər kod təsdiqləri selektiv qaydada aparılıbsa və yönləndirmələr inzibati təsirlə formalaşıbsa, bu artıq sistemli müdaxilə deməkdir.

2025-ci il üzrə İTS büdcəsinin klinikalar arasında bölgüsü hansı meyarlara əsaslanıb,eyni profil üzrə xidmət göstərən müəssisələr arasında dövriyyə fərqi niyə 15–20 dəfədir,xəstə yönləndirmə mexanizminə kim və hansı əsasla nəzarət edir,İTS müqavilələrinin monitorinqi və audit nəticələri niyə ictimaiyyətə açıqlanmır? İcbari tibbi sığorta sistemi sosial ədalət və bərabər tibbi çıxış prinsipi üzərində qurulmalıdır. Əgər dövlət vəsaiti müəyyən qrup klinikaların xeyrinə yönləndirilirsə və bazarda qeyri-bərabər rəqabət formalaşırsa, bu artıq təkcə maliyyə məsələsi deyil — ictimai etimad böhranıdır.(mediatv.az)

Araşdırma davam edir.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Son xəbərlər

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Bütün xəbərlər