İcbari tibbi sığorta ilə bağlı qaranlıq məqam: Özəl xəstəxanalar da pulsuz olacaq? – RƏSMİ CAVAB













İcbari tibbi sığorta ilə bağlı qaranlıq məqam: Özəl xəstəxanalar da pulsuz olacaq? – RƏSMİ CAVAB

2020-ci ildən etibarən icbari tibbi sığorta mərhələli şəkildə Azərbaycanda tətbiq ediləcək.

Birinci mərhələdə, yəni ilk üç ay ərzində vətəndaşlardan icbari tibbi sığorta haqqı tutulmayacaq, aprel ayında isə ikinci mərhələ başlayacaq. İkinci mərhələdə vətəndaşların icbari sığortasına görə onların əmək haqlarından müəyyən vəsait tutulacaq.

Xəbər verildiyi kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq 5 özəl xəstəxana ilə müqavilə bağlayıb. Bura Mərkəzi Klinik Xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Klinikanın Gəncə filialı daxildir.

Maraqlıdır, özəl xəstəxanalar bu prosesə cəlb olunacaqmı?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cebhe.info-nun sorğusunu cavablandırıb. Qurumun sorğusunda qeyd olunub ki, Agentliyin nəzdindəki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə 3000-ə yaxın dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri veriləcək.

"2020-ci ilin yanvar ayından başlayaraq icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər göstərəcək dövlət tibb müəssisələrinin siyahısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində (https://its.gov.az/files/1/tbib_siyahi.pdf) yerləşdirilib.

Agentlik pilot layihə müddətində baza zərfinə daxil olan, lakin icbari tibbi sığortanın tətbiq olunduğu inzibati ərazilərdəki (Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonları) dövlət tibb müəssisələrində icrası mümkün olmayan tibbi xidmətlərin göstərilməsi məqsədilə qeyri-dövlət tibb müəssisələri ilə müqavilələr bağlayıb.

1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Agentliyin nəzdindəki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə 3000-ə yaxın dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri veriləcək ki, onların 438-i müxtəlif səviyyəli və profilli xəstəxanalardır. Xidmətlər zərfində nəzərdə tutulan, lakin dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibb xidmətlərin əhaliyə göstərilməsi üçün qeyri-dövlət tibb müəssisələri ilə müqavilələrin bağlanılması nəzərdə tutulub. 2020-ci ildə qüvvədə olacaq xidmətlər zərfi təsdiqləndikdən sonra Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək”-deyə sorğuya cavabda bildirilib.

Son xəbərlər

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Bütün xəbərlər