Səhiyyə tenderlərinin “boz kardinalı”: Nurlan Quliyev kimdir?

Azərbaycanın səhiyyə sistemində son illərdə aparılan struktur dəyişiklikləri və milyardlarla manatlıq büdcə vəsaitlərinin idarə olunması ictimaiyyətin diqqətini həm də bu vəsaitlərin “bölüşdürücü” simalarına yönəldib. Bu simalar arasında ən çox mediada müzakirə olunan adlardan biri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin etimad göstərdiyi kadr, hazırda “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin (PHŞ) direktoru olan Nurlan Quliyevdir.

"DogruXeber.tv" xəbər verir ki, Nurlan Quliyevin yüksəlişi birbaşa Zaur Əliyevin himayəsi ilə bağlıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Satınalma və Təchizat Departamentinin müdiri vəzifəsindən gələn Nurlan Quliyev 2024-cü ildən etibarən Səhiyyə Nazirliyindən alınaraq, TƏBİB-in tabeliyinə verilən “İnnovasiya və Təchizat Mərkəzi”nə rəhbər təyin edilib. Bu təyinat sıradan olan kadr yerdəyişməsi deyil. Bu, ölkənin dərman preparatları, tibbi avadanlıqlar və səhiyyə xidmətləri üçün ayrılan milyardlıq satınalma rıçaqlarının bir nəfərin əlində cəmləşməsi deməkdir.

Mediada və tibb ictimaiyyəti arasında Nurlan Quliyevin adı daha çox Zaur Əliyevin “gizli kassası” kimi hallanır. Onun iş metodları haqqında gəzən iddialar isə kifayət qədər ziddiyyətlidir.

İddialara görə, Nurlan Quliyev tenderlərdə iştirak edən şirkətləri özünün “qaydaları” çərçivəsində sıxışdıraraq, onlar üzərindən manipulyasiya əməliyyatları həyata keçirir. Onun təsir gücü o qədər genişdir ki, hətta, Zaur Əliyevin yaxın çevrəsinə daxil olan bəzi şirkətləri belə öz maraqlarına xidmət etmədiyi təqdirdə tenderlərdən kənarlaşdırmağa nail olur.

Nurlan Quliyevin fəaliyyəti ilə bağlı iddialar bununla da bitmir. O, rəsmi olaraq TƏBİB-in tabeliyində çalışsa da, ancaq sözügedən qurumun rəhbəri Vüqar Qurbanovun deyil, birbaşa Zaur Əliyevin təlimatları ilə hərəkət etdiyi, daxili idarəetmədə subordinasiya qaydalarını kobud şəkildə pozduğu deyilir. “İnnovasiya və Təchizat Mərkəzi”nin TƏBİB-in tabeliyinə verilməsinə baxmayaraq, Nurlan Quliyevin özünü hələ də Zaur Əliyevin kadrı kimi aparması, bu sahədə ciddi çatların olduğunu göstərir. Bu, həm də dövlət vəsaitlərinin şəffaf xərclənməsi ilə bağlı ciddi suallar yaradır.

Bütövlükdə, Nurlan Quliyevlə bağlı formalaşan bu cür imic həm Zaur Əliyevin rəhbərlik etdiyi quruma, həm də bütövlükdə səhiyyə islahatlarına olan inamı zədələyir. Milyardlarla büdcəsi olan “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ rəhbərinin adının bu cür qalmaqallı iddialarda hallanması isə dövlətin müvafiq orqanları üçün ciddi siqnal olmalıdır.//Demokrat.az

Son xəbərlər

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bütün xəbərlər