İcbari Tibbi Sığorta – Əslində nədən xəbərimiz yoxdur

Azərbaycanda icbari tibbi sığorta sisteminə keçid uzun illər müzakirə mövzusu oldu və son illərdə ölkə üzrə mərhələli şəkildə tətbiq edilməyə başladı. Rəsmi açıqlamalara əsasən, bu sistemin məqsədi vətəndaşlara tibbi xidmətlərin əlçatanlığını artırmaq, səhiyyə xərclərini dövlət tərəfindən qarşılamaq və ümumilikdə səhiyyə sistemini şəffaflaşdırmaqdır. Amma tətbiqdəki reallıq çox hallarda gözləntilərlə üst-üstə düşmür.

dogruxeber.tv” redaksiyasına daxil olan şikayətlər və müşahidələr göstərir ki, bir çox vətəndaşlar bu sistemin əhatə dairəsindən, hansı xidmətlərin pulsuz verildiyindən və nəyə görə əlavə ödəniş tələb olunduğundan xəbərsizdir. Həkimə getdikdə “bu xidmətə sığorta düşmür” ifadəsi ilə qarşılaşan vətəndaş çaşqınlıq yaşayır və əlavə xərc ödəməyə məcbur qalır. Bu da sistemə olan inamı zəiflədir və şəffaflığın olmamasına dair suallar yaradır.

İcbari tibbi sığorta nəzəri baxımdan cəmiyyət üçün faydalı bir modeldir. Amma praktiki baxımdan onun tətbiqi şəffaf, izahlı və davamlı nəzarət mexanizmləri ilə müşayiət olunmalıdır. Əgər vətəndaş sistemə qoşulub, ayda müəyyən faizlə maaşından sığorta pulu tutulursa, o zaman tam şəkildə hansı xidmətləri alacağını da dəqiq bilməlidir. Hazırda isə poliklinikalarda, rayon xəstəxanalarında və bəzi ixtisaslaşmış tibb mərkəzlərində xidmət keyfiyyəti, yönləndirmə mexanizmləri və məlumat çatışmazlığı ciddi problemlər olaraq qalır.

dogruxeber.tv” olaraq bildiririk ki, vətəndaşların maarifləndirilməsi bu sistemin uğurla işləməsinin açarıdır. Dövlət strukturları bu barədə sadə, aydın və əlçatan məlumat təqdim etməli, səhiyyə müəssisələrində çalışan kadrlar da öz səlahiyyət və vəzifələrini aydın şəkildə bilməlidir. Əgər bu sistem insanların sağlamlığını qorumaq üçün yaradılıbsa, o zaman onun işləmə mexanizmi də xalqın başa düşəcəyi dildə və şəkildə təqdim olunmalıdır.

Son xəbərlər

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bütün xəbərlər