TƏBİB və Səhiyyə Nazirliyi BİRLƏŞİR? - AÇIQLAMA

dogruxeber.tv: - Azərbaycanda fəaliyyət göstərən 3 səhiyyə qurumunun idarəetməsi ilə bağlı narazılıqlar səngimir. Xüsusilə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) arasında bitməyən idaraetmə bölgüsü ictimaiyyəti hərəkətə gətirib.

4 il əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində publik hüquqi şəxs-“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” yaradıldı. Zaman-zaman Səhiyyə Nazirliyinin səlahiyyətləri TƏBİB-ə verildi. Səhiyyə Nazirliyi isə formal qurum kimi fəaliyyətini davam etdirdi.

Hətta pandeçiya dövründə də TƏBİB aktiv fəaliyyəti və idarəetməsi ilə diqqətdən yayınmadı. Ciddi problemlərə gələndə isə hər iki qurum yaxasını kənara çəkdi. Daha doğrusu məsələyə cavabdehliklərindən boyun qaçıraraq, özlərinin də çaş-baş qaldıqları maraqlı siyasət yürütdülər.

İndi də bu tendensiya davam edir və nəticə etibarilə əhalinin sağlamlığının qorunması istiqamətində ciddi boşluqlar hökm sürür.

Növbəti yerdəyişmə olub və bu dəfə TƏBİB-in bəzi səlahiyyətləri Səhiyyə Nazirliyinə verilib. Artıq illərdir ki, vətəndaşlar 3 qurumun - Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin əlində giriftar qalıb.

Üz tutduqları problemlərə görə həm çaş-baş içindədirlər, həm də elə bu qurumlar tərəfindən get-gələ salınırlar. Bu səbəbdən TƏBİB və ya Səhiyyə Nazirliyinin ləğv edilməsi, yaxud bu qurumların birləşdirilməsi təklif olunur. Dia.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev ya Səhiyyə, ya da TƏBİB-in ləğv olunması təklifi ilə çıxış edib:

“Azərbaycanda İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyətinə ehtiyac var. Çünki bu qurum icbari tibbi sığorta ilə məşğuldur və bütün dünyada da bu sistem mövcuddur. Onlar bu sahəni idarə edir və etməlidir. Amma TƏBİB-lə Səhiyyə Nazirliyinin fəaliyyətinin bu şəkildə olması özünü doğrultmadı. Həmişə bu məsələ ilə bağlı qətiyyətli fikrim o olub ki, Azərbaycanda iki səhiyyə qurumuna ehtiyac yoxdur. Hər iki sahə səhiyyə sistmini bərbad duruma salıb. Üstəlik bilmirsən hansı məsələ ilə bağlı kimə müraciət edəsən. Bəzi səlahiyyətlər Səhiyyə Nazirliyində, bəziləri isə TƏBİB-dədir. Sanki aralarında gizli rəqabət gedir. İki qurumun bu vəziyyətdə olmasının ziyanını çəkən isə vətəndaşlardır. Mən həm deputat, həm də partiya sədriyəm. Özüm ayırd edə bilmirəm. Yoruldum, öyrənə bilmədim. Bu şəkildə idarəçilik yaxşı deyil və məqbul bir yol tapılmalıdır. Ya TƏBİB, ya da Səhiyyə Nairliyi olmalıdır. İki qurumun ikisinin də fəaliyyət göstərməsinin məntiqi izahı yoxdur”.

Deputat qeyd edib ki, dövlət birdirsə, tibb də bir əldə olmalıdır:

“Bu gün hər dövlət qurumunun özünün tibb müəssisəsi və səhiyyə baş idarəsi var. Bu tibb müəssisələri hər bir avadanlıq və imkanlarla təchiz olunub. Bu nə deməkdir? Dövlət idarəsinin yaxşı pulu var və öz müəssisəsini tibbi sistemlə təchiz edəcək, qalanı ölməlidir? Dövlətin içərisində bir səhiyyə qurumu olmalı və vətəndaşlarına bərabər xidmət göstərməlidir. Bu gün vətəndaşı bir xəstəxanadan digərinə futbol topu kimi atırlar. Əsas da gətirirlər ki, filan xəstəxanada aparat yoxdur, digərində var. Əslində dövlət xəstəxanaları özəl xəstəxanalardan daha yüksək şəraitə malik olmalıdır. Xarici ölkələrdə dövlət xəstəxanaları özəl tibb müəssisələrindən daha şəraitli və təchizatlıdır. Bizdə isə əksidir və qəbuledilməzdir. Ya Səhiyyə Nazirliyi, ya da TƏBİB ləğv olunmalıdır. İkisindən biri qalmalıdır”, - deyə Razi Nurullayev əlavə edib.//dia.az

Oxunub: 788

Son xəbərlər

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq

Günün valyuta məzənnələri açıqlanıb

Odessaya kütləvi dron hücumu nəticəsində 2 nəfər ölüb, 14 yaralı var

"Abşeron Lions" "Neftçi"ni məğlub edib

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi yeni nəqliyyat vasitələri satın alır

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi

Gəncədə dəm qazından boğulub ölən və zəhərlənənlər var

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Bütün xəbərlər