gundem / siyaset
1.06.2026
“Hizbullah” İsrail ərazisinə 20-dən çox raket atdı
Livanın "Hizbullah" qruplaşması İsrailin şimalındakı yaşayış məntəqələrinə raket zərbələri endirib.
DogruXeber.tv xəbər verir ki, bu barədə Al Jazeera telekanalı radikalların "Telegram"dakı mesajına istinadən xəbər yayıb.
Məlumata görə, günün ikinci yarısında Qərbi Qalileya istiqamətində 20-dən çox raket buraxılıb, burada hava həyəcanı aktivləşdirilib.
"Hizbullah"ın rəsmi bəyanatında hücumların hədəflərinin Hayfanın şimal hissəsindəki və Livan sərhədindən 7 kilometr məsafədə yerləşən Nahariya şəhərindəki İsrail ordusu bazaları olduğu qeyd edilib./manset.az



