gundem / sosial
1.06.2026
Peykdən birbaşa telefona internet – ölkə texnologiyada yeni mərhələyə keçdi
Çin adi mobil telefonlarla peyklər arasında birbaşa genişzolaqlı rabitə texnologiyasını sınaqdan keçirmək məqsədilə yeni eksperimental peyki orbitə çıxarıb.
DogruXeber.tv xəbər verir ki, peyk mayın 31-də Siçan kosmodromundan “Çançjen-2D” daşıyıcı raketi vasitəsilə buraxılıb. Bu, həmin raketlər seriyasının 646-cı uçuşu olub.
Missiya çərçivəsində peyk internetinin fəaliyyəti, eləcə də kosmik və yerüstü rabitə şəbəkələrinin inteqrasiyası yoxlanılacaq.
Yeni peyk adi smartfonlarla birbaşa əlaqə imkanlarının sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.
Layihə Çinin Starlink-ə bənzər öz qlobal peyk şəbəkəsini yaratmaq istiqamətində atdığı addımlardan biri hesab olunur./musavat.com



