Çin də dənizdən kosmosa raket buraxdı





Çin Sarı dənizdəki ərazi sularından ilk dəfə olaraq kosmosa raket buraxılışını həyata keçirib.

Çinin kosmos sənayesində yeni mərhələnin başlanğıcı hesab olunan raket buraxılışı yerli vaxtla günorta saat 12:06-da (Bakı vaxtı ilə səhər 8:06) baş tutub. “Long March 11” daşıyıcı raketi dənizdəki mobil məntəqədən buraxılıb. Raketin missiyası 6 peyki Yer səthindən 600 kilometr yüksəklikdə orbitə qaldırmaqdır. Bu həm də dünyada son beş ildə dənizdən ilk raket buraxılışıdır.

“Çin kosmonavtika elmləri və texnologiyaları” korporasiyası mütəxəssislərinin hazırladıqları raketin uzunluğu 20,8, diametri isə 2 metrdir. 2015-ci ildən etibarən 6 “Long March 11” raketinin buraxılışı həyata keçirilib. Həmin daşıyıcı raketlər ümumilikdə 25 peyki orbitə çıxarıb.

AzərTAc qeyd edir ki, dənizdən orbitə ilk raket buraxılışı 1967-ci ilin aprelində Kenyanın sahil sularından həyata keçirilib. ABŞ mütəxəssislərinin hazırladıqları həmin raket İtaliyaya məxsus mobil platformadan buraxılmışdı. Sonuncu belə raket buraxılışı isə 2014-cü ildə Sakit okeandakı “Odissey” platformasından baş tutub.

Oxunub: 857

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər