“Azərkosmos” ASC-nin yeni fəaliyyət istiqamətləri müəyyən edilib









Yer müşahidə və Azərbaycanın kosmik obyektlərinin uçota alınması Cəmiyyətin vəzifələri sırasına daxil edilib
Azərbaycan prezidenti İlham Əliyevin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 2017-ci il 17 oktyabr tarixli sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yeni məqsəd və fəaliyyət istiqamətləri müəyyən edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edib.
Nizamnaməyə əsasən "Azərkosmos" ASC-nin əsas məqsədi telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsindən ibarət olub. Dəyişikliyə əsasən artıq "Azərkosmos" ASC-nin əsas məqsədləri Azərbaycan Respublikasının telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsindən, habelə beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi, aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsindən ibarətdir. Buna müvafiq olaraq Cəmiyyətin vəzifələri də artıb. Başqa sözlə, Yer müşahidə və digər növ peyk xidmətlərinin təşkil edilməsi və göstərilməsi, kosmik texnikanın tətbiq olunması və kosmik vasitələrdən istifadə edilməsi, peyk sistemlərinin istismara qəbulu, Azərbaycan Respublikasının kosmik obyektlərinin uçota alınması "Azərkosmos" ASC-nin vəzifələri sırasına daxil edilib. Cəmiyyət dövlət orqanları, hüquqi və fiziki şəxslərlə bərabər bələdiyyələrin də müxtəliftəyinatlı peyk şəbəkələrinə qoşulma imkanlarını təmin edəcək."Azərkosmos" ASC-nin yeni vəzifələri sırasına sosial-iqtisadi inkişaf, kommersiya, elmi fəaliyyət və dövlət məqsədləri üçün müxtəlif hündürlükdə istismar olunan peyklərin, sair aparatların idarə edilməsi, “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatında, Beynəlxalq Peyk Rabitəsi Təşkilatında, Avropa Peyk Rabitəsi Təşkilatında, Avropa Kosmik Agentliyində, BMT-nin Kosmosdan dinc məqsədlərlə istifadə Komitəsində və digər aidiyyəti beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının təmsil olunması, həmçinin xarici dövlətlərin kosmik agentlikləri və təşkilatları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsi, kosmosdan dinc məqsədlərlə istifadə sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üçün aidiyyəti olaraq təklif verilməsi və tədbir görülməsi, icranın əlaqələndirilməsi də daxildir. Cəmiyyət fəaliyyəti üzrə dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görməlidir.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılan "Azərkosmos" (ASC) bundan sonra müstəqil qaydada Nazirlər Kabineti tərəfindən müəyyən edilən inkişaf istiqamətləri əsasında perspektiv inkişaf planını, Cəmiyyətin struktur bölmələrinin, filial və nümayəndəliklərinin əsasnamələrini, tabeliyində olan hüquqi şəxs statuslu qurumların nizamnamələrini qanunvericiliyə uyğun olaraq təsdiq edəcək, fəaliyyət istiqamətlərinə aid olan sahədə fərqlənmiş şəxslərə fəxri adların və digər təltiflərin verilməsi barədə aidiyyəti qurumlara təqdimat verəcək./apa

@dogruxeber.tv

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər