bolge
10.06.2018, 06:03
Tovuz sakini avtoqəza nəticəsində xəsarət alıb

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini Ələddin Süleymanov bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Ə. Süleymanovun yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını bildirilir.
Faktla bağlı araşdırma aparılır.


