hadise
14.07.2020, 14:52
Cəlilabadda 4 yaşlı uşaq faciəli şəkildə öldü

Cəlilabad rayonunda ölümlə nəticələnən qəza baş verib.
dogruxeber.tv bildirir ki, rayonun Sabirabad kəndi ərazisində kənd sakini M.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən 4 yaşlı Yusif Məmmədovu vurub.
Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.
(Teleqraf.com)


