dunya
1.07.2019
Çində kimya zavodunda partlayış baş verib
![]()
Çinin Benbu şəhərində yerləşən kimya zavodunda baş verən partlayış nəticəsində iki nəfər həlak olub. Bu barədə "Sinxua" agentliyi xəbər verib.
Məlumata əsasən, təmirdə olan ehtiyat rezervuarında qalmış işçilərdən birini xilas etmə əməliyyatı zamanı partlayış olub.
Hadisə nəticəsində fəhlə və onu xilas etməyə gələn yanğınsöndürən yerində həlak olub, daha doqquz nəfər isə xəsarət alıb. Yaralananlar Benbu xəstəxanasına yerləşdirilib.


