gundem / hadise
13.05.2019, 12:46
Cənubi Koreyada telefon zavodunda partlayış: ölən və yaralananlar var

Cənubi Koreyanın Çeçhon şəhərində mobil telefon detalları zavodunda partlayış baş verib.
dogruxeber.tv Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 1 nəfərin həlak olduğu bildirilir. Daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Qeyd olunur ki, konveyerdə baş verən partlayış yanğına da səbəb, lakin qısa müddət ərzində yanğının qarşısı alınıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.


