gundem / idman
28.04.2026, 09:30
Modriç mövsümü başa vurdu
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç yanaq sümüyünün sınığı səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
DogruXeber.tv xəbər verir ki, xorvatiyalı futbolçu bu zədəni İtaliya A Seriyasında "Yuventus"la keçirilən matçda (0:0) alıb. O, hava mübarizəsində Manuel Lokatelli ilə baş-başa toqquşaraq xəsarət alıb. Modriçə tibbi yardım göstərildikdən sonra o, 80-ci dəqiqədə meydanı tərk etməli olub.//Ajans.az


