BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Bu il Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) vasitəsilə 250 min tona yaxın Qazaxıstanın “Kaşaqan” yatağında hasil edilən neft nəql olunacaq.

DogruXeber.tv xeber verir ki, bu barədə “APA-Economics”ə açıqlamasında “KMG Kashagan B.V.” şirkətinin (Qazaxıstanın “KazMunayQaz” Milli Şirkətinin törəmə müəssisəsi) Kommersiya Məsələləri üzrə Baş Direktorunun müavini Kuanış Keskinbayev bildirib.

""Kaşaqan" layihəsi çərçivəsində məhsulun bölüşdürülməsi haqqında saziş mövcuddur və biz, “KazMunayGaz”ı təmsil edən səhmdarlar kimi, bu il təxminən 250 min ton civarında BTC ilə neftin nəqlini planlaşdırırıq”, - Kuanış Keskinbayev qeyd edib.

Onun sözlərinə görə, BTC neft kəməri Aralıq dənizinə çıxdığı üçün Qazaxıstan tərəfi üçün daha əlverişlıdır, Bakı-Supsa kəməri ilə müqayisədə isə bu üstünlük daha aydın görünür, çünki həmin kəmər Qara dəniz sahillərinə çıxış təmin edir.

“Bakı-Supsa neft kəməri Qara dənizə çıxır. Bizim artıq digər marşrutlar vasitəsilə Qara dənizə çıxışımız var. Və yenidən yüksək tariflə Qara dənizə çıxış əldə etməyin mənası yoxdur. BTC isə Aralıq dənizinə çıxır, buna görə əlverişlidir”, - deyə Kuanış Keskinbayev bildirib.

Xatırladaq ki, 2022-ci ildə "KazMunayGaz" və SOCAR arasında Qazaxıstan neftinin tranziti haqqında saziş imzalanıb.

Qeyd etmək lazımdır ki, “Kaşaqan” yatağında ötən il 18,2 mln. ton neft hasil edilib.

Kuanış Keskinbayevin sözlərinə görə, 2026-cı ildə yataqda hasilatın müvəqqəti azalması gözlənilir ki, bu da iyun ayında təxminən bir ay yarım davam edəcək əsaslı təmirin planlaşdırılması ilə bağlıdır.

Oxunub: 9

Son xəbərlər

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Bütün xəbərlər