"Regionda on minlərlə yeni iş yeri yaradılır" - İlham Əliyev













Azərbaycan enerji təhlükəsizliyinə böyük töhfələr verir, böyük sərmayələr qoyur. Mühüm beynəlxalq enerji şirkətləri ilə bir yerdə gördüyümüz işlər təkcə xalqımıza mənfəət gətirmir, eyni zamanda, Azərbaycanda və regionda on minlərlə yeni iş yeri yaradır və təbii ki, beynəlxalq əməkdaşlığa öz töhfəsini verir.

Fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan neft kəmərləri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirdi. Bu, tarixdə ilk dəfə bizim sayəmizdə mümkün oldu. Bu gün biz Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Albaniya, Yunanıstan və İtaliyanı birləşdirən nəhəng qaz kəməri layihəsini həyata keçiririk. Söhbət yekunlaşmaq üzrə olan TAP kəmərindən gedir. Biz Cənub Qaz Dəhlizini ötən il istismara verdik və həmin ilin iyun ayında onun komponenti olan TANAP kəməri də istifadəyə verildi. Azərbaycan qazı həmin kəmər vasitəsilə artıq nəql olunur və ümid edirəm ki, gələn il biz bu layihəni tam şəkildə başa çatdıracağıq. Bu, regionda ən nəhəng infrastruktur layihəsidir, ona qoyulan bütün sərmayələrin həcmi təqribən 40 milyon ABŞ dollarına bərabərdir. Burada biz güclü beynəlxalq maliyyə təsisatlarının dəstəyini görürük, burada korporativ maliyyə vəsaitləri istifadə olunur. Yəni, bu, ölkələr və şirkətlər arasında olan sıx əməkdaşlığın nümunəsidir və təbii ki, bizim planlarımız daha irəli gedən planlardır. Biz artıq Balkan ölkələri, Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro ilə anlaşma memorandumları imzalamışıq və ümid edirəm ki, növbəti mərhələdə sıx əməkdaşlığa başlayacağıq. Bu layihəyə cəlb olunmaq istəyən ölkələrin coğrafiyası da gündən-günə artır. Bu, bir daha onu göstərir ki, bizim nəqliyyat təşəbbüslərimiz geniş beynəlxalq əməkdaşlıqla nəticələnir. Biz enerji və nəqliyyat sahəsində geniş əməkdaşlıq formatı yarada bilmişik. Burada Asiya, Avropa ölkələri və təbii ki, Avropa İttifaqına üzv olan dövlətlər iştirak edir. Bu, çox böyük bir nailiyyətdir, böyük sərvətimizdir və biz yalnız bu prosesin ilkin mərhələsindəyik. Bu proses başa çatdıqdan sonra böyük iqtisadi mənfəət olacaq, on minlərlə yeni iş yeri yaranacaq və təbii ki, bu, ölkələri biri-birinə daha da sıx bağlayacaq.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər