idman
10.06.2020, 10:41
Ronaldo “Yuventus”u tərk edə bilər

Turinin “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo yay transfer pəncərəsi zamanı komandasını dəyişə bilər.
Dogruxeber.a bildirir ki, bu barədə jurnalist Petro Balkano “Twitter” hesabında yazıb.
“Deyilənləri təsdiqləyirəm: mövsümün sonunda “Yuventus” və Ronaldonun yolları ayrıla bilər. Demək istəyirəm ki, bunlar hələ də şayiə olaraq qalır, konkret məlumat deyil. Mən hazırda bunun üzərində çalışıram”, - deyə jurnalist bildirib.
Xatırladaq ki, 35 yaşlı hücumçu A seriyasında 22 qarşılaşmada 21 qol vurub və üç məhsuldar ötürmə verib
(Demokrat.az)


