gundem / iqtisadiyyat
28.04.2026, 10:15
Neft qiymətləri YÜKSƏLDİ
Dünya bazarlarında neft qiymətlərində geosiyasi gərginlik fonunda artım müşahidə olunur.
DogruXeber.tv “LeMonde.fr”ə istinadən xəbər verir ki, neftin qiyməti ABŞ ilə İran arasında aparılan danışıqlarda irəliləyişin olmaması səbəbindən yüksəlib. Bu vəziyyət Hörmüz boğazının yenidən açılması ilə bağlı qeyri-müəyyənliyi artırıb.
Bazar iştirakçıları hesab edir ki, danışıqlarda nəticənin əldə olunmaması boğazın daha uzun müddət bağlı qalması ehtimalını gücləndirir. Bu isə qlobal enerji təchizatına və qiymətlərə birbaşa təsir göstərir.
Ticarət göstəricilərinə görə, Şimal dənizi üzrə “Brent” markalı neftin bir barelinin qiyməti 2,75% artaraq, 108,23 dollara (92,30 avro) yüksəlib.
ABŞ bazarında isə “West Texas Intermediate” (WTI) markalı neftin eyni dövr üzrə fyuçersləri 2,09% bahalaşaraq, 96,37 dollar təşkil edib. Analitiklər bildirirlər ki, geosiyasi risklər və strateji enerji marşrutları ilə bağlı qeyri-müəyyənlik yaxın müddətdə də neft bazarına təsir göstərməkdə davam edəcək.



