iqtisadiyyat
12.03.2020
Neftin qiyməti ilə bağlı son xəbər

Dünya bazarlarında “Brent” və “WTI” markalı neftin qiymətləri dəyişib.
dogruxeber.tv xəbər verir ki, “Brent” markalı neftin may fyuçersləri 5,10 faiz azalaraq 34,21 dollar/barelə bərabər olub.
WTI (West Texas Intermediate) markalı neftin aprel fyuçersləri isə 5,31 faiz ucuzlaşıb və 31,23 dollar/barel təşkil edib.
Martın 11-də dünyanın ən böyük Səudiyyənin “Saudi Aramco” neft şirkəti Krallığın Enerji Nazirliyindən aldığı təlimata əsasən istehsal gücünü 12-dan 13 milyon barelə qədər artıracağını bildirib.
Abu Dabinin Milli Neft Şirkəti, (ADNOC) həmçinin bildirib ki, aprel ayında dünya bazarına gündə 4 milyon barreldən çox neft nəql etməyi planlaşdırır. /Yeni Sabah/


