hadise
7.06.2019, 09:12
Yüksək mərtəbəli binadan yıxıldı

Abşeron rayonunda fəhlə hündürlükdən yıxılaraq xəsarət alıb.
dogruxeber.tv oxu.az-a istinadən bildirir ki, hadisə Masazır qəsəbəsində baş verib. 1996-cı il təvəllüdlü Məmmədov Pərviz Hüseyn oğlu fəhlə işlədiyi binadan yıxılaraq xəsarət alıb.
Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Kəllə-beyib travması alan P.Məmməmədova ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.


