“AzerGold” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə  həsr olunmuş tədbir keçirilib

Aprelin 27-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin “Çovdar” Filiz Emalı Sahəsində (ÇFES) Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Böhranları qabaqlamaq və ona hazır olmaq – dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq” mövzusunda tədbir keçirilib.

“Dayanıqlı təhlükəsizlik sistemlərinə sərmayə qoyuluşu vacibdir” şüarı ilə baş tutan tədbirdə “AzerGold” QSC ilə yanaşı, Daşkəsən Rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax Regional Bölməsinin nümayəndələri iştirak ediblər.

“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov qonaqlara əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Sədr müavini işçilərin sağlamlığının qorunması, təhlükəsiz iş mühitinin yaradılmasının “AzerGold”un əsas öncəliyi olduğunu vurğulayıb.

Qeyd olunub ki, şirkət bu istiqamətdəki fəaliyyətini daimi olaraq təkmilləşdirir və Cəmiyyətdə əməyin mühafizəsinin norma və prinsiplərinə əməl edilməsi gündəlik fəaliyyətin əsas tərkib hissəsinə çevrilib.

Tədbirin davamında qonaqlar Cəmiyyətin fəaliyyət sahələrində yaradılan iş şəraiti ilə tanışlıq məqsədilə istehsalat prosesini izləyib, ÇFES-də istifadə olunan fərdi və kollektiv mühafizə vasitələrinə baxış keçiriblər. Qonaqlara Cəmiyyətin 2016-2020-ci illər ərzində xəsarətsiz ötüşən iş saatlarının 2 milyon saatı ötməsi barədə məlumat verilib. Tədbir iştirakçıları mədəndə tətbiq olunan dayanıqlı təhlükəsizlik qaydaları və əlverişli əmək şəraitindən məmnunluq ifadə ediblər.

Xatırladaq ki, 2003-cü ildə Beynəlxalq Əmək Təşkilatının qərarı ilə aprelin 28-i "Ümumdünya Əməyin Mühafizəsi Günü" kimi təsis olunub. Bu günün ölkəmizdə və dünyada hər il qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini iş yerlərində əməyin mühafizəsinə, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltməkdir.
“AzerGold” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə  həsr olunmuş tədbir keçirilib
“AzerGold” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə  həsr olunmuş tədbir keçirilib
“AzerGold” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə  həsr olunmuş tədbir keçirilib
“AzerGold” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə  həsr olunmuş tədbir keçirilib
“AzerGold” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə  həsr olunmuş tədbir keçirilib

Son xəbərlər

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bütün xəbərlər